Rusiyada güclü yağış: Fırtına xəbərdarlığı elan edildi
Rusiyanın Vladivostok şəhərində güclü yağış bir çox fəsadlara yol açıb.
Adalet.az xəbər verir ki, şəhərin küçələrində "palçıq fəvvarələri" əmələ gəlib, bazar ərazisini və küçələri su basıb, nəqliyyat vasitələri su içində qalıb. Bəzi maşınlar xarab olub və hərəkət edə bilmir. Avtobuslarda isə sərnişinlər dizlərinə qədər suyun içində otururlar.
Şəhərdə, həmçinin fırtına xəbərdarlığı elan edilib.
"Vladivostokda təhlükəli hadisələrlə bağlı xüsusi fırtına xəbərdarlığı elan edilib. Yaxın iki saat ərzində şəhərə güclü yağış yağacağı gözlənilir", - deyə şəhər administrasiyasının "Telegram" kanalında bildirilib.
Şəhər administrasiyasının məlumatına görə, yağıntının miqdarı 70 mm-ə qədər olacaq və təhlükə kriteriyasına çatacaq. Şəhərdə güclü yağışın nəticələrinin aradan qaldırılması ilə bağlı işlər aparılır.
Digər Xəbərlər
25 Sentyabr 2026 13:04
5 qazax hərbçi həbs edildi - SƏBƏB - YENİLƏNİB
25 Sentyabr 2026 12:49
Putinin köməkçisi Nyu-Yorkda Vitkoff və Kuşnerlə görüşüb
25 Sentyabr 2026 12:23
Kiyevdə Ali Ədliyyə binasına raket hücumu olub
25 Sentyabr 2026 12:12
"İranın nüvə bombası yaratmaq planı yoxdur" - Pezeşkian
25 Sentyabr 2026 11:35
Türkiyə dünyanın ən böyük kosmik tədbirlərindən birinə ev sahibliyi edəcək
24 Sentyabr 2026 23:47
Türkiyəli nazirdən istefa verməsi xəbərlərinə REAKSİYA
24 Sentyabr 2026 23:33
Zelenski: "Patriot" sistemləri üçün raketlər barədə razılaşdıq
24 Sentyabr 2026 23:21


Bakı -°C

