Rusiyada erməni biznesmenlər qətlə yetirilib
Rusiyanda Krasnodar vilayətinin Armavir şəhərində iki erməni iş adamı güllələnərək qətlə yetirilib.
Adalet.az-ın "news.am” saytına istinadən verdiyi məlumata görə, erməni biznesmenlərinin meyitləri çoxmərtəbəli binanın liftində tapılıb.
Qeyd olunub ki, qətlə yetirilən iş adamlarından biri 1966-cı təvvəlüdlü şəxs hadisənin baş verdiyi binada yaşayıb. Ondan yaşca kiçik olan ikinci şəxsin kimliyi bilinmir. Onlar Moskvadan topdan ərzaq alaraq Kubanda satırmışlar.
Faktla bağlı cinayət işi açılıb.