07 Iyul 2025 11:50
75
DÜNYA

Rusiyada daha 8 azərbaycanlı saxlanıldı - VİDEO

Tverdə saxta siqaret və spirtli içkilərin ticarəti ilə məşğul olmaqda ittiham edilən 8 nəfər azərbaycanlı FSB əməkdaşları tərəfindən saxlanılıb. 

Adalet.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Evə basqın nəticəsində saxlanılanlardan birinin Mustafayev Fərman olduğu məlum olub. 

Müəyyən edilib ki, şübhəlilər 2022-ci ilin yanvar ayından 2025-ci ilin iyul ayına kimi markasız tütün məmulatlarının və spirtin qanunsuz dövriyyəsi ilə məşğul olublar. "Cinayətkar dəstə üzvləri" içkiləri özləri hazırlayıb butulkalara tökərək, adları məlum olan etiketləri yapışdıraraq keyfiyyətli, orijinal kimi satışa çıxarıblar.

Tverin Moskva rayon prokurorluğu azərbaycanlılara qarşı həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətləri dəstəkləyib, 8 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib.