Rusiyada azərbaycanlıya xatirə lövhəsi qoyulacaq
Rusiyada İkinci Dünya Müharibəsinin iştirakçısı, azərbaycanlı Məmməd Cəbrayılova xatirə lövhəsi qoyulacaq.
Bu barədə Regnum.ru Voronej şəhər administrasiyasının mətbuat xidmətinə əsasən məlumat yayıb.
Bildirilir ki, lövhənin M.Cəbrayılovun Voronejdə yaşadığı evin qarşısında qoyulması planlaşdırılır.
Bu barədə qərar millətlərarası və dinlərarası münasibətlər üzrə koordinasiya şurasında qəbul edilib.
Lövhənin yerləşdirilməsi ilə bağlı Voronejdəki Azərbaycan diasporu da köməyini təklif edib.
Yaxın günlərdəməsələyə mədəni irs üzrə şəhər komissiyasının iclasında baxılacaq. Təklif dəstək alsa, Qələbə Gününün 75 illiyi ərəfəsində lövhənin açılması planlaşdırılır.
Xatırladaq ki, Məmməd Cəbrayılova 2018-ci ilin sentyabrında "Voronejin fəxri vətəndaşı” adı verilib. O, 2019-cu ildə -101 yaşında vəfat edib.
Digər Xəbərlər
28 Aprel 2024 21:01
Abid Şərifov oğlunun ölümündən danışdı: "Belimi qırdı" - VİDEO
28 Aprel 2024 15:42Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
28 Aprel 2024 12:14Səhiyyə Nazirliyinin rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini yad edib - FOTOLAR
28 Aprel 2024 11:04Cümhuriyyəti yıxan, işğala rəvac verən BOLŞEVİK NÖKƏRLƏRİ
28 Aprel 2024 10:01