adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
07 Mart 2017 19:51
8181
KRİMİNAL

Rusiyada 2 Azərbaycan vətəndaşı öldürülüb

Rusiyanın Krasnodar şəhərində 2 Azərbaycan vətəndaşı öldürülüb.

Hadisə Krasnodar şəhərinin mərkəzindəki çoxmərtəbəli binanın liftində baş verib.

"Liftdə başlarından güllə yarası almış 2 Azərbaycan vətəndaşının cəsədi aşkar olunub. Onlardan birinin 1964-cü il təvəllüdlü olduğu bildirilir”- deyə yerli prokurorluqdan məlumat verilib.

Qeyd olunur ki, azərbaycanlılar Moskva və digər iri şəhərlərdən mal alaraq Krasnodarda yerli biznesmenlərə satıblar. Hadisə baş verən zaman onların üzərində külli miqdarda pulun olduğu ehtimal olunur.