adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
11 Avqust 2022 13:14
413
SİYASƏT

Rusiya XİN: "Azərbaycan və Ermənistanla daim təmasdayıq"

Rusiya Xarici İşlər Nazirliyi Cənubi Qafqazdakı son proseslərə münasibət bildirib.

Adalet.az xəbər verir ki, bu barədə Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev keçirdiyi brifinqdə danışıb.

“Regiondakı vəziyyət hələ də Moskvanın diqqət mərkəzindədir. Bütün məsələlər, o cümlədən Laçın dəhlizi ilə bağlı məqam üçtərəfli razılaşma əsasında həll edilməlidir”, - o deyib.

İ.Neçaev xatırladıb ki, Rusiya tərəflərlə daim təmasdadır.