adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
16 Fevral 2023 11:00
1706
GÜNDƏM, MÜSAHİBƏ

"Rusiya Ukrayna bataqlığında məğlubiyyətə məhkumdur" -  Fəzail Ağamalı ilə MÜSAHİBƏ

Bu gün  Adalet.az saytı üçün  Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ilə Rusiya – Ukrayna müharibsəinin görünən və görünməyən tərəflərini müzakirə edəcəyik.

- Rusiya –Ukrayna cəbhəsində hər gün hərbi vəziyyət dəyişir. Rusiya ordusunun hücum edərək işğal etdiyi ərazilərin bir çoxunu Ukrayna geri alıb. Bunun nəticəsində geri çəkilməli olan rus qoşunları dinc əhalinin kompakt yaşadığı əraziləri, evləri, binaları, xəstəxana və uşaq baxçalarını raket atəşinə tutur. Yaxud yenidən qovulduğu ərazilərə hücumlar təşkil edir. Fəzail müəllim, Rusiya konkret olaraq nə istəyir?

- Rusiya ötən ilin 24-də Krıma, Luqaniski - Donetskiyə hücumu da daxil olmaqla 3-cü dəfə Ukraynaya təcavüz etdi. Niyyəti də Ukraynada özünə sadiq olan oyuncaq hakimiyyəti yaratmaq idi.

- Ötən günün məlumatına görə, Rusiya indiyə qədər 139 770 hərbçi, 3290 ədəd tank, 6507 ədəd zirehli döyüş maşını, 2303 ədəd artilleriya sistemi, 466 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 236 hava hücumundan müdafiə sistemi, 298 ədəd hərbi təyyarə, 286 ədəd helikopter, 5161 ədəd avtomobil texnikası, 2 011 ədəd PUA, 857 qanadlı raket, 18 gəmi/qayıq, 219 xüsusi avadanlıq itirib.Rusiya hansı böyük məqsəd uğruna bu qədər itki verməyə razı olur?

- Rusiyanın məqsədi Ukraynanı tam təsiri altına salmaq olub. Müharibəsiz Rusiyaya tabe olan Belarusiya kimi Ukraynanı da özünü tabe etdirmək və 3 slavyan dövlətinin birliyini formalaşdırıb özü də bu birliyi idarə etməli idi.


-Yadınızdadırsa, ötən ilin fevralın sonunda ABŞ Prezidenti Co Bayden çıxışı zamanı dedi ki, Vladimir Putin Sovet İttifaqını yenidən qurmaq istəyir. Sonra da əlavə etdi ki, Putinin məqalələrini oxuyub, onun çıxışını izlədikdən sonra belə qənaətə gəlib. Demək, Putin "SSRİ-ni yenidən qurmaq istəyir” dedi-qoduları yalan deyil...

- Ümumiyyətlə, Putin hakimiyyəti bu platformadan istifadə edərək keçmiş sovet məkanında yerləşən bütün respublikalarını bu yolla özünə tabe etdirmək fikrini heç vaxt gizlətməyib. Onun düşüncəsinə görə, bu niyyəti həyata keçirdikdən sonra Rusiyanı dünyanın supergücünə çevirməyi qarşısına məqsəd qoyur.


- Səhv etmirəmsə 2 il əvvəl Putinin SSRİ yaratmaq istəyinə sizin də maraqlı münasibətiniz oldu...


- Bəli, mən  hə zaman düşünürəm ki, bir qayda olaraq tarixin təkəri heç vaxt geriyə doğru inkişaf etmiyib, hər zaman iləriyə doğru işləyib.Ona görə də dediyiniz kimi onu bərpa etmək mümkün deyil.Tarixin keçmişidir ona qayıtmaq üçün nə müxtəlif cəhdlər edilsədə bunun reallaşması mümkün deyil.Tarixin özünün obyektiv inkişaf qanunauyğunluqları var.Bu qanunauyğunluqların mühim şərtlərindən biridə imperiyalar ayrı-ayrı situasiyalarda yaranmasıdır. O yarandığı gündən məhvə doğru addım-addım gedir və konkret tarixi situasiyada həmin imperiya çökür və həmin imperiyanın tərkibində yeni dövlətlər yaranır. İndi artıq XX əsrin axrından bu proses gedir, daha doğrusu başlayıb və davam edir. SSR-nin bərpası ya Rusiyanın ətrafında digər müstəqil dövlətlərin imperiya şəklində birləşməsi Rusiyanın tərkibinə daxil edilməsi mümkünsüzdür.İndi dünyanın tarixi ortaya qoyduğu reallıqlar tamam fərqlidir”.


- Sizin fikirlərinizi Rusiya- Ukrayna müharibəsinin gedişi də artıq ortaya qoymaqdadır.

- Bəli, artıq 1 ildir müharibə gedir. Qəhrəman ukrayna xalqı öz xalqının müstəqilliyini və suverenliyini qorumaq üçün səfərbərlik elan etdi və faktiki olaraq bütün ukraynalılar , necə deyərlər, sinəsini vətənə sipər edən əsgərə çevrildi.


- Rusiyanın qarşısında böyük bir əngəl Putinin gözündən qaçırdığı bir nüans oldu: Putin ABŞ və Qərb ölkəsinin müharibəyə müdaxiləsini ağlına da gətirmədiyi üçün Ukraynanı 72 saat müddətinə işğal edəcəyinə əmin idi.


- Vəziyyətin mürəkkəbliyi həm də ondadır ki, Ukrayna qərb dövlətləri ilə Rusiyanın maraqlarının toqquşduğu bir məkana çevrilib. ABŞ və Qərb fərqindədir ki, əgər Putin Ukraynanı ələ keçirsə o bununla kifayətlənməyəcək. Artıq Baltikyanı respublikalar, Polşa və digər şərqi Avropa dövlətləri Rusiyanın təcavüzünə məruz qalacağı dəqiqdir.

 


- Yəqin ki, dünya bunu anladığı üçün Rusiyanın təcavüzünə susmadı.


- Əlbəttə, belə olacağı təqdirdə Rusiya öz hegemonluğunu təmin etmiş olur. ABŞ bunu anlayır və ona görə də Rusiyanı zəiflətmək, onu dünya üçün təsirsiz qüvvəyə çevrikmək amacı ilə müttəfiqləri ilə Ukraynanın yanında yer alıb.Görünən odur ki, 1 ilin ərzində düşünülmüş şəkildə Ukraynaya hissə-hissə , fasilələrlə hərbi , maddi və mənəvi yardım göstərməklə, müharibəni uzatmaq, Rusiyanı zəiflədərək onu diz çökdürmək istəyir. Qərb nə dərəcədə buna nail olacaq, Rusiya nə qədər tutmuş əraziləri əlində saxlayacaq təbii ki, bunu gələcək göstərər. Ancaq görünən budur ki, Ukraynanın ətrafında 50-dən çox ölkə birləşib. Bu ölkələr vaxtaşırı müdafiə nazirləri səviyyəsində görüşür, müzakirələr aparır və Ukraynanın hansı silaha-sursata ehtiyacı olduğunu müəyyənləşdirib Ukraynaya yardım göstərir. Başqa sözlə desək, Rusiya bu gün Belorusiyanın, İranın, Şimali Koreyanın məhdud sayda silah , sursat və digər yardımı ilə bəhrələnərək müharibəni davam etdirir.


- Bəs Çin?

- Bu sözləri Çin haqqında demək olmur. Hər halda Çin İran və Koreya kimi Rusiyaya açıq şəkildə nə dəstəyini ifadə edir, nə də silah-sursat göndərdiyi təsdiq olunmayıb.


- Sizcə, bu savaşda Rusiya məğlub olacaq, yoxsa Ukrayna?


- Aydındır ki, Rusiya dünya ilə döyüşür. Buna gücü çatacaqmı? Bunu demək çətindir. Daha doğrusu düşünmürəm ki, bununla qalib gəlmək mümkün olacaq. Dünyanın bir çox hegemon dövlətləri, Aİ, NATO və ABŞ-ın bəyanatlarında belə çıxır ki, sona qədər Ukraynaya nə qədər lazım olarsa, hərtərəfli yardım ediləcək, bunu rəsmi şəkildə də bəyan edirlər. Deməli, adıgedən dövlətlər sona qədər Ukryananın yanında Rusiyanın qarşısında olacaq. Nəticə belədir ki, Rusiya Ukrayna bataqlığında məğlubiyyətə məhkumdur.

- Fəzail müəllim, geniş və maraqlı söhbətə görə redaksiyamız və öz adımdan təşəkkür edirəm.

Əntiqə Rəşid