"Rusiya tezliklə cəbhədə təzyiqi artıra bilər" - Zelenski

Ukrayna ətrafında yaranmış diplomatik vəziyyətə əsaslanaraq, ruslar tezliklə təzyiqləri və Ukraynanın mövqelərinə zərbələri artırmağa cəhd edə bilərlər.
Adalet.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski "Telegram"da məlumat verib.
"Ukrayna ətrafındakı siyasi və diplomatik vəziyyətə və Rusiyanın alçaqlığına əsaslanaraq, biz proqnozlaşdırırıq ki, Rusiya ordusu qlobal aktorlarla danışıqlar üçün daha əlverişli siyasi şərait yaratmaq məqsədilə yaxın günlərdə Ukraynanın mövqelərinə təzyiq və zərbələri artırmağa cəhd edə bilər. Biz Rusiya qoşunlarının hərəkətini və hazırlığını qeydə alırıq", - Zelenski yazıb.
O, Ukraynanın lazım gələrsə, asimmetrik şəkildə qarşı çıxacağını vurğulayıb