Rusiya taxıl ixracını süni şəkildə ləngidir
Birgə Koordinasiya Mərkəzi tərəfindən taxıl gəmilərinin təftişi Rusiya tərəfindən gecikdirilir.
Bu barədə Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov bildirib.
“Bizim gündə 40 yoxlama keçirmək təcrübəmiz var idi, indi Rusiyanın mövqeyinə görə gündə beş dəfə az yoxlama aparılır. Oktyabrda “Taxıl Təşəbbüsü” 4,2 milyon ton taxıl ixrac etməyə imkan verdi, noyabrda biz üç milyon tona belə, çatmayacağıq. Eyni zamanda, texniki olaraq ayda altı milyon tona çata bilərik”, - deyə Kubrakov yazıb.
Nazirin sözlərinə görə, bazar günü axşam saatlarında 77 gəmi yoxlama üçün növbəyə durub, “Böyük Odessa” limanları yalnız yarıyacan dolu olub, taxılın qiyməti isə Rusiyadan gələn hər yeni şantajla artıb.
Kubrakov əlavə edib ki, yoxlamaların süni şəkildə gecikdirilməsi fermerlərin və gəmi sahiblərinin itkisinə səbəb olur; bir günlük fasilə ən azı 30 min dollara başa gəlir, gəmilər isə təftişi bəzən iki-beş həftə gözləməli olur.
Digər Xəbərlər
24 Mart 2026 16:01
Qızıl və gümüş bahalaşdı
24 Mart 2026 10:30
Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və qarabaşaq göndərildi
24 Mart 2026 09:27
Azərbaycan nefti ucuzlaşdı
23 Mart 2026 15:30
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
23 Mart 2026 12:21
“Yalnız qənaətə fokuslanmış nə dövlət, nə də insan inkişaf edə bilməz...”
23 Mart 2026 10:21
“Brent” ucuzlaşdı
23 Mart 2026 09:19
Azərbaycan yapışdırıcı maddələrin istehsalını artırıb
22 Mart 2026 13:01


Bakı -°C

