adalet.az header logo
  • Bakı -°C
11 Fevral 2026 10:32
95
DÜNYA
A- A+

 "Rusiya qonşu ölkələrlə mehriban şəraitdə yaşamaq istəyir"..?

Diplomatlar günü münasibətiylə keçirilən təntənəli yığıncaqda çıxışı zamanı,  Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Rusiya qonşu ölkələrlə mehriban yaşamağın  başqa  alternativini görmür. 

 "Bütün qonşu ölkələrlə mehriban qonşuluq şəraitində yaşamağın alternativi yoxdur"- deyə Lavrov bəyan edib. 

 Deyəndə ki, bu adam qocaldıqca yaddaşı zəifləyir, bəziləri bizi qınayır. Deyəsən Lavrov dörd ildi müharibə apardıqları Ukraynanın da  qonşu dövlət olduğunu unudub. Bundan başqa, RF-nın baş diplomatı, prezident Putinin rəhbərlik etdiyi Kremlin ruporlarının gecə-gündüz keçmiş postsovet  respublikalarına qarşı "xüsusi hərbi əməliyyat" keçirulməsi ilə təhdid etmələrindən də xəbəri yoxdur?

 Rüstəm Hacıyev