adalet.az header logo
  • Bakı -°C
31 Yanvar 2026 12:02
79
DÜNYA
A- A+

Rusiya ordusu Zaporojyeyə 1000-dən çox ZƏRBƏ ENDİRDİ

Rusiya ordusunun ötən gün Ukraynanın Zaporojye vilayətinə hücumları nəticəsində üç nəfər yaralanıb.

Adalet.az "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Zaporojye hərbi administrasiyasının rəhbəri İvan Fyodorov bildirib.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri ötən gün vilayətin 33 yaşayış məntəqəsinə 1 019 zərbə endirib: "Yaşayış evləri, avtomobillər və infrastruktur obyektlərinin zədələnməsi ilə bağlı 149 məlumat daxil olub".