“Böyük Britaniya Çinlə iqtisadi əməkdaşlıqdan faydalanmaq istəyir...”
“Böyük Britaniyanın Baş naziri Kir Starmer Çinə rəsmi səfəri çərçivəsində Pekində bu ölkənin lideri Si Cinpinlə görüşüb. İki lider arasındakı görüş 40 dəqiqə çəkib. Bu, Böyük Britaniya baş nazirinin son səkkiz il ərzində Çinə ilk rəsmi səfəridir. Pekində iki ölkə arasında münasibətlərin inkişafı və beynəlxalq məsələlər müzakirə olunub.“The Guardian” nəşrində yayımlanan məqalədə Donald Trampın prezidentliyi dönəmində Böyük Britaniyanın ABŞ ilə münasibətlərdə sualların yarandığı şəraitdə Londonun alternativ istiqamətlərə önəm verdiyi vurğulanıb”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O, bildirib ki, Kir Starmer Pekinə yola düşərkən təyyarədə verdiyi açıqlamada, iki ölkə arasındakı münasibətlərə aydınlıq gətirmək istədiyini deyib:
“Bu o deməkdir ki, Londonla Pekin arasında münasibətlərdə bir qisim suallar var. Elə Kir Starmerin özü əvvəlki açıqlamalarında Çin Xalq Respublikasını Böyük Britaniyanın milli təhlükəsizliyi üçün “real təhdid” adlandırmışdı. Baş nazir London ilə Pekin arasında sabit və davamlı münasibətlərin olmamasını tənqid etmişdi. Buna baxmayaraq, Böyük Britaniya Çinlə iqtisadi əməkdaşlıqdan faydalanmaq istəyir. Halbuki, Böyük Britaniya Çinin əsas 10 ticarət tərəfdaşı arasında yer almır. Çünki, Pekin Londonu Vaşinqtonun satelliti kimi dəyərləndirir. Təsadüfi deyil ki, Kir Starmerin Çinə səfərini Böyük Britaniyada tənqid edənlər də az deyil. Mühafizəkarlar Partiyasının üzvləri Çinin Böyük Britaniyada xəfiyyə şəbəkəsi qurduğunu və xəfiyyələrin hətta Böyük Britaniya parlamentinə nüfuz etdiklərini vurğulayaraq, belə şəraitdə baş nazirin Pekinə səfərini doğru hesab etməyiblər”.
E.Şahinoğlu deyib ki, Kir Starmer bu ittihamlara cavab olaraq Pekindəki görüşlərdə Çində insan haqları mövzusuna da diqqət yetirəcəyini bildirib:
“Misal üçün Starmer deyib ki, Honkonqda həbs olunan media maqnatı Cimmi Layın azad olunmasına çalışacaq. Demokratiya tərəfdarı kimi tanınan 78 yaşlı Cimmi Lay Honkonqda milli təhlükəsizlik ittihamları ilə mühakimə olunub. Kir Starmerin bir səfərlə iki ölkə arasındakı suallara aydınlıq gətirəcəyini söyləmək çətindir. London Vaşinqtonla münasibətlərdə yaranan suallara rəğmən, Çini ABŞ-yə dəyişməyəcək. Buna baxmayaraq, Starmerin söylədiyi kimi, Böyük Britaniya - Çin münasibətlərə aydınlıq gətirməyə ehtiyac var”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

