"Rusiya mütləq tarixi dərs alamalıdır" - AÇIQLAMA
Avrasiya Ekspert Klubunun həmtəsisçisi Vladimir Lepexin Qarabağı Krımla müqayisə edib və öz düşüncəsinə görə oxşarlıqlar tapıb.
Adalet.az-a fikirlərini bölüşən hərbi jurnalist Səxavət Məmmədin sözlərinə görə bu yenilik deyil, Qarabağda yaşayan ermənilərə Rusiya pasportlarının paylanması məsələsi dəfələrlə gündəmə gəlib. Fakt olmadığı üçün arxa plana keçib.
“Rusiya Azərbaycanın Qarabağ müharibəsindəki hərbi qələbəsi ilə yeni reallıqlarla qarşılaşdı. Əgər proses Azərbaycanın istədiyi kimi həllini tapsa, təkcə ərazi bütövlüyü təmin olunmurdu, Azərbaycan Cənubi Qafqazın xəritəsini yenidən çəkmiş olurdu. Rusiya ona görə də sülhməramlı adı altında Qarabağa ordu yeritdi. Xankəndinin bir addımlığında olarkən gecə ilə bəyanat imzalandı. Rusiya bilirdi ki, Qarabağ tamamilə işğaldan azad edilsə, nəinki bölgə əldən çıxacaq, bölgədəki dövlətlərə təsir gücü də itəcək.
Rusiya artıq Kremlə bağlı ekspertləri vasitəsi ilə Azərbaycanı hədələyir. Rusiya dövlətinin xarici və işğalçı siyasətini izləyənlər yaxşı bilir ki, öncə iddiaları kimlərinsə dili ilə səsləndirir, ardınca özü hərəkətə keçir.
Avrasiya Ekspert Klubunun həmtəsisçisi Vladimir Lepexin Qarabağı Krımla müqayisə edib və oxşarlıqlar tapıb. Hətta referendum keçirmək, Rusiyaya birləşmək iddiasını ortaya atıb. Əslində, bu, yenilik deyil. Düşünürəm ki, bunun təməlini hazırlayıblar. Qarabağda yaşayan ermənilərə Rusiya pasportlarının paylanması məsələsi dəfələrlə gündəmə gəlib, ancaq fakt olmadığı üçün arxa plana keçib.”
Səxavət Məmmədin sözlərinə görə Rusiya mütləq tarixi dərs alamalıdır.
“Rusiya davamlı olaraq tarixi torpaqlardan bəhs edir və siyasətini bu yöndə qurur. Rusiya, nədənsə, tarixin ancaq SSRİ, ən uzağa gedəndə isə Çar Rusiyası dönəmindən ibarət olduğunu düşünür. Rusiya mütləq tarix və tarixi dərs almalıdır. Ən azı, tarixini bilməsi üçün…
Lepexin və onun kimi düşünənlər bir şeyi unudur ki, Dərbənd Azərbaycanın tarixi torpağıdır. Ruslar tayqada ibtidai insan cəmiyyəti formasında yaşayanda Dərbənd şəhər idi və Azərbaycanın tarixi dövlətlərinin tərkib hissi idi.”
Emin
Digər Xəbərlər
27 Dekabr 2025 11:40
“Dövlət qayğısı ölkədə sağlam həyat tərzinə və idmana marağı artırır”
27 Dekabr 2025 11:39
“Rusiya buna görə Azərbaycana kompensasiya ödəmir...” - Politoloq
26 Dekabr 2025 20:00
"Erməniəsilli şəxslərin azad olunmaları ilə bağlı qərarları bizə qəbul etdirmək mümkün deyil" - Nazir
26 Dekabr 2025 18:51
Patriarx Kirill İlham Əliyevi təbrik etdi
26 Dekabr 2025 18:23
Nazir "qara siyahı"ya salınan şəxslərin sayını açıqladı
26 Dekabr 2025 18:17
Prezident İrəvandakı konfransa qatılacaq? - AÇIQLAMA
26 Dekabr 2025 17:36
Milli Məclisin son iclasının gündəliyi açıqlanıb
26 Dekabr 2025 17:12


Bakı -°C

