adalet.az header logo
  • Bakı -°C
09 Dekabr 2025 19:02
388
DÜNYA
A- A+

Daha bir təyyarə faciəsi: bütün heyət üzvləri həlak oldu - YENİLƏNİB

Rusiyanın İvanovo vilayətində qəzaya uğrayan "An-22" təyyarəsindəki bütün heyət üzvləri həlak olub.

Adalet.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Rusiya İstintaq Komitəsinin hərbi istintaq orqanları hadisə ilə bağlı cinayət işi açıb. Cinayət işi uçuşa hazırlıq qaydalarının pozulması ilə bağlı açılıb.

Hadisə sınaq uçuşu zamanı baş verib. An-22 təyyarəsi İvanovo vilayətinin İvankovo ​​kəndi yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində yalnız heyət üzvləri olub.

 

***14:18

"An-22" təyyarəsi Rusiyanın İvanovo vilayətindəki Uvodskoye su anbarı ərazisində qəzaya uğrayıb.

Adalet.az xəbər verir ki, bu barədə TASS mənbələrə istinadən məlumat yayıb.

Xilasedicilər hadisə yerinə gedib. Təyyarənin qalıqları suda tapılıb. Məlumata görə, "An-22" təmirdən sonra planlı uçuş həyata keçirirmiş.

 

***

Rusiya İvanovo vilayətinin Furmanovski rayonunda təyyarə qəzaya uğrayıb.

Adalet.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Təyyarənin göyərtəsində yeddi ekipaj üzvü olub. Ölənlər barədə məlumat dəqiqləşdirilir. İlkin məlumatlara görə, təyyarə Rusiya Müdafiə Nazirliyinə məxsusdur.