Rusiya Luqansk vilayətinə tam nəzarəti ələ KEÇİRDİ

Rusiya ordusu Ukraynanın Luqansk vilayətinə nəzarəti ələ keçirib.
Adalet.az xəbər verir ki, bu barədə bu gün Rusiya müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə məruzə edib.
"Sergey Şoyqu ali baş komandan Vladimir Putinə Luqansk Xalq Respublikasının azad edilməsi barədə məruzə edib”,- deyə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Nəzərə çatdırılıb ki, Lisiçansk şəhəri və Beloqorovka, Novodrujesk, Maloryazantsevo, Belaya Qora daxil olmaqla, ətraf yaşayış məntəqələri nəzarətə götürülüb.
Qeyd edək ki, ötən gecə Rusiya ordusunun Luqansk vilayətində Ukrayna Silahlı Qüvvələrinin nəzarətində qalan sonuncu şəhəri - Lisiçanskı mühasirəyə aldığı açıqlanmışdı.
Digər Xəbərlər

"ABŞ-nin köməyi ilə bu müharibəni dayandıra bilərik" - Zelenski

Ağ Evdə Tramp-Zelenski görüşü keçirildi - VİDEO + YENİLƏNİB

Səfərov qardaşları və digər azərbaycanlıların həbs müddəti uzadılıb

Müxalifət Tramp-Putin görüşündən faydalanmaq istəyir

Avrokomissiya Ukraynaya 25 milyard avro ayıracaq

Tramp Putinlə bu şəhərdə görüşəcək – Tarixi açıqladı

Tramp Çinə meydan oxudu: “Onsuz da müharibənin içindəyik”
