Rusiya Kaxovka SES-dəki təxribatda əli olmadığını dedi: “Ukraynanın işidir”
“Kaxovka Su Elektrik Stansiyasında təxribatı Ukrayna törədib, Rusiya Prezidenti Vladimir Putin vəziyyətlə bağlı məlumatlandırılır”.
Bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Prezident Müdafiə Nazirliyindən və digər xidmətlərdən Kaxovka SES ətrafında baş verənlərlə bağlı hesabatlar alır. Artıq birmənalı olaraq deyə bilərik ki, burada söhbət Ukrayna tərəfinin qəsdən törətdiyi təxribatdan gedir”, - deyə Peskov qeyd edib.
Peskovun sözlərinə görə, bu təxribat potensial olaraq regionun on minlərlə sakini üçün çox ağır nəticələrə, ekoloji fəsadlara və hələ müəyyən edilməmiş digər xarakterli nəticələrə gətirib çıxara bilər”.
Moskva Kaxovka SES-ə raket hücumunda əli olması ilə bağlı ittihamları qəti şəkildə rədd edir. “Təxribat Kiyev hakimiyyətinin göstərişi ilə edilib, onlar da baş verənlərə görə məsuliyyət daşımalıdırlar”, - deyə Peskov bildirib.
Digər Xəbərlər
26 Sentyabr 2026 23:44
İsrail ordusu “Hizbullah”ın silah anbarına zərbə endirib
26 Sentyabr 2026 23:36
Lavrov avropalıların Rusiya ilə müharibəyə hazırlaşdıqlarını deyib
26 Sentyabr 2026 23:16
Yəmən hökuməti husilərə qarşı ümumi səfərbərlik elan edib
26 Sentyabr 2026 23:00
Tramp: İranın təklif etdiyi razılaşmanı rədd etmişəm
26 Sentyabr 2026 22:46
Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
26 Sentyabr 2026 22:00
Xəzərdə 14 hərbçinin ölümünə görə xüsusi tapşırıq - Bir həftəyə...
26 Sentyabr 2026 20:00
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
26 Sentyabr 2026 17:34


Bakı -°C

