"Rusiya ilə Ukrayna arasında istənilən formatda vasitəçilik edə bilərik" - Ərdoğan
Rusiya ilə Ukrayna arasında istənilən formatda vasitəçilik edə bilərik.
Adalet.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə səfərdən qayıdarkən təyyarədə jurnaistlərin suallarına cavabında bildirib.
O qeyd edib ki, Türkiyə Ukrayna və ətrafındakı hadisələri yaxından izləyir.
"Gərginliyin bundan çox artmaması və sabitliyin saxlanmasını istəyirik. Rusiya ilə Ukrayna arasında son zamanlar yaranan gərginliyi azaltmaq və bir dialoq xətti yaratmaq məqsədilə tərəflərin razılığı əsasında istənilən formatda vasitəçilik edə bilərik. Əlbəttə, bölgənin sülhü üçün üzərimizə düşəni çəkinmədən edərik", - deyə Ərdoğan bildirib.
Digər Xəbərlər
26 Aprel 2024 23:01
Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi
26 Aprel 2024 22:04Ərdoğanın ABŞ səfəri təxirə salındı
26 Aprel 2024 17:45Ərdoğan: Bütün səylərimiz regionda sülh və sabitliyin təmin olunmasına yönəlib
26 Aprel 2024 17:17İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - VİDEO
26 Aprel 2024 17:00