“Rusiya ilə ciddi problemimiz yoxdur” - Bahar Muradova
"Son dövrlər Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsi barədə şərhlər verilir. Ancaq bu, doğru deyil. Azərbaycan-Rusiya münasibətləri ikitərəfli strateji əməkdaşlıq səviyyəsindədir”.
Bunu Milli Məclis sədrinin müavini Bahar Muradova deyib:
"Biz bu münasibətlərin bütün parametrləri üzrə tərəflərin öz öhdəliklərini daim yerinə yetirdiyinin şahidiyik. Azərbaycan özünün üzərinə düşən vəzifəni yerini yetirdiyi kimi, Rusiyadan da buna adekvat addım atmağı hər zaman gözləyir. Düşünürəm ki, bu günə qədər münasibətlərimizdə elə bir ciddi problem olmayıb.
Münasibətlərin gərginləşməsi barədə şərhlərə rəvac verən hadisəyə - Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvinə gəlincə, məsələ yalnız hüquqi müstəvidə həll olunmalıdır. Bundan kənar siyasi divident güdməyə yönəlmiş şərhlər verilməsi həqiqətən də münasibətlər problemlər yarada bilər. Azərbaycanın müvafiq dövlət qurumları, parlamenti, cəmiyyəti, vətəndaş cəmiyyətinin nümayəndələri və mətbuat bu məsələnin məhz hüquq çərçivəsində həll olunmasını gözləməlidir".
B. Muradova əlavə edib ki, Rusiyada yaşayan azərbaycanlılar Rusiya vətəndaşlarıdır: "ÜAK da Rusiya vətəndaşı olan azərbaycanlılarının Rusiya qanunlarına əsasən yaradılmış təşkilatıdır. Hesab edirəm ki, hansı etnik-milli qrupa mənsub olmasından asılı olmayaraq, hər kəs öz vətəndaş hüquqlarını, vəzifələrini icra etməlidir. Onların hüquqları tanınmalı, onlar da vəzifələrini yerinə yetirməlidirlər”.
Digər Xəbərlər
30 Aprel 2024 19:19
Frank Şvabe siyasi terrorçudur - Səməd Seyidov
30 Aprel 2024 16:23Azərbaycanın iqtisadi, siyasi və mədəni missiyası
30 Aprel 2024 16:02Azərbaycan XİN-dən Fransanın daxili işlər nazirinə CAVAB
30 Aprel 2024 15:02Doha Bəyannaməsində Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə dəstək verilib
30 Aprel 2024 14:47