Rusiya hərbi qüvvələri Luqansk aeroportu uğrunda döyüşlərə başlayıb
Ukrayna desantçıları ilə Rusiya Federasiyasının tank batalyonu arasında Luqansk hava limanı uğrunda döyüşlər davam edir.
Adalet.az-ın Unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə antiterror güclərinin qərargahından bildirilib.
Luqansk hava limanı hazırda Ukrayna ordusunun nəzarəti altındadır. Məlumata görə, hava limanı Rusiya tank batalyonunun fasiləsiz atəşinə məruz qalır. Ukrayna müdafiə nazirinin məsləhətçisi Aleksandr Danilyuk isə son günlər Rusiyanın təxminən 10-20 min hərbçisinin Ukraynaya daxil olduğunu qeyd edib