Rusiya Dumasına seçkilər başladı
Rusiyada Dövlət Dumasına seçkilər üçün üç günlük səsvermə başlayıb.
Rusiya vətəndaşları Dövlət Dumasının deputatlarını seçəcək. Eyni zamanda 39 bölgədə qanunverici məclislərə, doqquz bölgədə isə birbaşa region başçılarının seçkiləri keçiriləcək. Daha üç subyektdə parlament üzvlərinin səsverməsi ilə valilər seçiləcək.
İlk olaraq yerli vaxtla səhər 08:00-da (Bakı vaxtı ilə 00:00) Çukotka və Kamçatkadakı seçki məntəqələri açılıb.
Qeyd edək ki, 2021-ci ildə Rusiyada vahid səsvermə günü sentyabrın 19-na təyin edilib. Ancaq bütün ölkə üzrə seçki məntəqələri üç gün - 17, 18 və 19 sentyabrda işləyəcək.
Digər Xəbərlər
29 Aprel 2024 12:25
Bu ölkədə qızılcadan onlarla uşaq dünyasını dəyişdi
29 Aprel 2024 12:09Si Cinpin Fransa, Serbiya və Macarıstana səfər edəcək
29 Aprel 2024 11:57Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib
29 Aprel 2024 09:43Tramp Baydeni ABŞ-ın ən yaramaz prezidenti hesab edir
29 Aprel 2024 09:42