adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
22 Aprel 2024 11:14
324
DÜNYA

Rusiya Donetskdə daha bir kəndi işğal etdi

Rusiya qoşunları özünü elan edən Donetsk Xalq Respublikasının (DXR) Boqdanovka kəndinə tam nəzarəti ələ keçirib. 

Adalet.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi açıqlayıb. 

"“Cənub” qrupunun bölmələri Boqdanovka kəndini tamamilə azad edib", - məlumatda deyilir.

Müdafiə Nazirliyi əlavə edib ki, hərbçilər cəbhə xəttində də vəziyyəti yaxşılaşdıraraq Krasnoqorova kəndi ərazisində 53-cü mexanikləşdirilmiş briqadanın şəxsi heyətinə və texnikasına zərər vurub.