adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
01 Mart 2018 15:37
9860
SİYASƏT

Rusiya Avropa Şurasından çıxmağa hazırlaşır

Rusiya hökuməti Avropa İnsan Haqları Konvensiyasının denonsasiyası və Avropa İnsan Haqları Məhkəməsi ilə əməkdaşlığın dayandırılması imkanlarını nəzərdən keçirir.

Adalet.az xəbər verir ki, bu barədə informasiyanı "RİA Novosti” agentliyi yayıb. Agentlik bu addımın Rusiyanın Avropa Şurasına üzvlüyünə son qoyacağını bildirib.

"Rusiyadan olan şikayətlərə baxılarkən Avropa İnsan Haqları Məhkəməsi mövqeyini siyasiləşdirir. Rusiya tərəfinin sübutlarına diqqət yetirilmir”, – deyə agentliyin mənbəsi söyləyib.