adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
28 Oktyabr 2018 13:08
12489
DÜNYA

Rumıniyada 5,6 bal gücündə zəlzələ olub

ABŞ geologiya xidmətinin məlumatına görə, Rumıniyada 5,6 bal gücündə zəlzələ olub.

Adalet.az "RİA Novosti"yə istinadən xəbər verir ki, zəlzələ Comandau kommunasından 12 kilometr cənub-şərqdə Kovasna dairəsində baş verib. Zəlzələ ocağı yerin 148 kilometr dərinliyində yerləşib.

İnsan tələfatı və mümkün dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi barədə xəbərdarlıq edilməyib.