adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Fevral 2019 15:06
22126
SİYASƏT

“Ruhani qorxuya düşüb...” - SORĞU

Həsən Ruhani fevralın 11-i Tehranda 1979-cu il inqilabının 40-cı ildönümümünasibətilə keçirilən yürüşdə bu fikirləri səsləndirib: "Cənubi Qafqaz və AzərbaycanRespublikasının əraziləri qədim İran torpağıdır. O torpaqlar 1828-ci ildə ÇarRusiyası tərəfindən işğal edilib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətiyaranan dönəmdə Tehran hakimiyyəti etirazını bildirmiş və bu ərazilərin İranabirləşməsini tələb edib. Biz bu gün də həmin fikirdəyik. Çünki, əhalinin çoxuşiə müsəlmanlarıdır və bu da İranın ərazi baxımdan bir parçası olmaq deməkdir”.

Adalet.az saytı olaraq Ruhaninin bu fikirlərinəziyalılardan münasibət öyrəndik.

Politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru ElşadMirbəşiroğlu açıqlamasında deyib: "Vaxtilə farslar bizim ərazilərlə yanaşıdigər əraziləri də işğal ediblər”.


"Təbii ki, bu əsassıziddiadır. Azərbaycan ərazlərinin İranın tarixi torpaqları olduğu haqda heç birtarixi mənbə yoxdur. Əksinə, İranın bugün sahib olduğu ərazilər Azərbaycanın tarixitorpaqlarıdır. Doğrudur, bugün biz bu məsələnin üzərinə düşmürük, çünki qonşudövlətlərlə münasibətlərimizin inkişafında maraqlıyıq. Bizim xarici siyasətimizinprinsipi budur. Bu baxımdan hesab edirəm ki, bu yanaşma iki dövlət arasındakımünasibətlərə mənfi təsir göstərə bilər. O ki qaldı dini yanaşmaya, ona qalsabir çox ölkələrdə şiələr üstünlük təşkil edir. Bu o demək deyil ki, İran həminölkələrə qarşı da ərazi iddiası irəli sürməlidir. Qonşu ölkələrə qarşı belə biriddia irəli sürmək, hər şeydən öncə İranın öz maraqlarına ziddir. Bunun əksinisübut etməyə heç ehtiyac da yoxdur. Çünki saysız-hesabsız faktlar mövcuddur ki,İranın əraziləri vaxtilə Azərbaycanın tarixi əraziləri olub. Tarixin dərinliklərinəgetsək, görərik ki, vaxtilə farslar bizim ərazilərlə yanaşı digər əraziləri dəişğal ediblər”.


Türkoloq Faiq Ələkbərli qeyd edib ki, "Ruhaniqorxuya düşüb...”


"Şübhəsiz ki,Ruhaninin dediklərinin 90 faizi həqiqəti özündə əks etdirmir. Sadəcə burda birincə məsələ var. Ruhani buranı İran torpağı adlandırır. Azərbaycan, Xorasan heçvaxt İran torpağı olmayıb. 1828-ci ildə də, o ilə qədər də İran adlı dövlətmövcud olmayıb. Son minillikdə Qəznəvilər, Səlcuqlar, Ağqoyunlular,Qaraqoyunlular, Səfəvilər və 1828-ci ildə isə Qacarlar dövləti mövcud idi. Ozaman Çar Rusiyası ilə müharibə edən İran yox, Qacarlar dövləti idi. Qacar dövlətiniquran da Ağa Məhəmməd Şah Qacar əslən türk idi və dövləti də türklük əsasındaqurmuşdu. Bu dövlətin qanunları da Əmir Teymurun, Çingiz xanın, yəni türkyasalarının əsasında yaradılmışdı. 1813-28-ci illərdəki hər iki müqavilənin nəticəsindəQacarlar dövləti Çar Rusiyasına məğlub oldu. O dövrlər üçün farslardan, İranadlı dövlətdən söz belə gedə bilməz. 1925-ci ildə Qacarlar dövləti BöyükBritaniyanın əliylə yıxıldı. Onun yerinə qeyri-qanuni yolla pəhləvilər hakimiyyətəgətirildi. İndi bunlar 1979-cu ildə yaratdıqları qondarma İslam dövlətinin 40illiyini qeyd edirlər. Heç orda İslamdan söhbət gedə bilməz. Mollalarınhakimiyyəti də pəhləvilərin hakimiyyəti kimi qeyri-qanunidir. Bu iddiaların heçbir ciddi əsası yoxdur. Ruhani başa düşür ki, Azərbaycan türkləri nəinki Təbrizdə,hətta Tehranda da öz hakimiyyətini bərbna edəcək. Onlar bundan qorxuya düşdükıəriüçün bizim torpaqları da İran torpaqları kimi qələmə verirlər. Azərbaycanın nəquzeyi, nə də güneyi he vaxt İranın olmayıb. Tehranı paytaxt elan edən Ağa Məhəmmədşah Qacar olub. Onlar artıq başa düşüb ki, molla rejimi öz dövrünü başa vurmaqüzərədir və gec-tez Azərbaycan türkləri hakimiyyəti bərpa edəcəklər”.