Rüfət Quliyev növbədənkənar parlament seçkilərində iştirak etməyəcək
VI çağırış Milli Məclisin bitərəf deputatı Rüfət Quliyev sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə iştirak etməyəcək.
Rüfət Quliyev bu barədə “Report”a açıqlamasında deyib.
O, bundan sonra elmi fəaliyyətlə məşğul olmaq istəyini söyləyib:
“Hazırda Azərbaycan Texniki Universitetində müəllim kimi fəaliyyət göstərirəm. Bundan əlavə, iki universitetdən də iş təklifi almışam. Professoram, uzun müddətdir müəllim kimi çalışmışam və bu yöndə fəaliyyətimi davam etdirmək istəyirəm”.
R.Quliyev biznes sahəsində də müəyyən təkliflər aldığını vurğulayıb:
“Mənim uzunmüddətli sahibkarlıq təcrübəm var. Ona görə də bu sahədə təcrübəmə əsaslanaraq şirkətlərə məsləhət vermək istəyirdim. Hazırda iki nəhəng şirkətdən bununla bağlı təklif gəlib. Həmin təkliflər üzərində düşünürəm”.
“Eyni zamanda, CBC kanalında yayımlanan “Sahibkar saatı” və “Dünya iqtisadiyyatı və Azərbaycan” verilişlərinin də müəllifiyəm. Gördüyünüz kimi, işlərim yetərincə çoxdur. Bu səbəbdən, seçkidə iştirak etməməyə qərar verdim”, - o vurğulayıb.
Qeyd edək ki, Rüfət Quliyev III, IV, V və VI çağırış Milli Məclisin deputatı olub. O, 2013-cü ildən Azərbaycan Texniki Universitetinin İqtisadi nəzəriyyə və xidmət sahələrinin iqtisadiyyatı kafedrasının ictimai əsaslarla müdiridir.
Digər Xəbərlər
23 Mart 2026 15:39
Azərbaycan XİN Zaxarovadan izahat gözləyir
23 Mart 2026 15:29
Çin Sədri İlham Əliyevi təbrik etdi
23 Mart 2026 15:24
Prezident Şahbaz Şərifi təbrik etdi
23 Mart 2026 12:20
"Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib" - Dövlət başçısı
22 Mart 2026 15:23
Bu müharibənin bizim regionumuza təsiri ola bilər? - Səxavət Məmməd yazır
22 Mart 2026 11:16
“İranın hakimiyyət sistemi ABŞ və İsrail tərəfindən ələ keçirilib”
22 Mart 2026 10:51
“Ermənilər düzgün seçim etməli, revanşistlərə qətiyyətlə yox deməlidir...”
22 Mart 2026 10:32


Bakı -°C

