Rüfət Dadaşov milliyə çağırıldı
"Proyssen"in futbolçusu Rüfət Dadaşov növbəti dəfə Azərbaycan millisinə çağırılıb.
Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın yeni baş məşqçisi Nikola Yurçeviç 27 yaşlı hücumçunuXorvatiya ilə Avro-2020-nin seçmə mərhələvə Litva ilə yoxlama oyunu üçün yığmaya dəvət edib. Bu səbəbdən onun Almaniya üçüncü bundesliqasının 30-cu turunda martın23-ü keçiriləcək"Unterxaxinq”lə görüşü buraxacağı bildirilib.
Qeyd edək ki,seçmə mərhələnin ilk turundamartın 21-də səfərdə Xorvatiyanın qonağıolacaq millimiz4 gün sonra isəBakıda Litva ilə yoxlamamatçı keçirəcək.