Roza Zərgərli qızına "Changan CS 85" markalı maşın aldı: Qiyməti...

Müğənni Roza Zərgərli qızı Bənövşəyə bahalı hədiyyə alıb.
İfaçı özü kimi müğənniliyə başlayan qızına avtomobil hədiyyə edib.
Müğənni bununla bağlı yazıb: "Bir neçə ay əvvəl dəyərli qızıma maşın almaq istədik, uzun müzakirələrdən sonra axtardığımızı tapdıq. Qızım məhz bu modeli istədi. Xətasız-bəlasız sürəsən".
Adalet.az xəbər veri ki, əməkdaşımız bir neçə maşın satış salonlarına və avtomobil alverçilərinə zəng edərək "Changan CS 85" markalı maşının qiyməti ilə maraqlanıb.
Mütəxəssislərin sözlərinə görə, Changan CS 85 markalı maşınlar 50 min manatdan başlayaraq 65 min manata qədər qiymətə satılır.
Yeri gəlmişkən, incənət fəaliyyətinə yeni başlamasına baxmayaraq, adı böyük bir qalmaqalda hallanıb.
Yadınızdadırsa ötən ilin noyabrında Ramin Əliyev adlı 36 yaşlı iş adamının intiharı manşetlərə düşmüşdü. Onun tanınmış müğənni Roza Zərgərlinin qızı ilə sevgi münasibətləri olduğu iddia olunurdu. Medianın verdiyi məlumata görə, hətta müğənninin qızı Bənovşə Allahverdiyevaya Ramin Əliyev məşhur yaşayış komplekslərinin birindən ev alıbmış. İddialara görə, intihar edən şəxsin sahib olduğu “Kəlam MTK” tikinti şirkəti ona qayınatası tərəfindən hədiyyə edilib.
Bu münasibətdən xəbər tutan R. Əliyevin qayınatası onun əlindən bütün var-dövlətini, həmçinin sevgilisinə verdiyi evi də alıb. Bundan sonra B.Allahverdiyeva ilə aralarında soyuqluq yaranıb. İddia olunur ki, məhz buna görə R.Əliyev silahla sevgilisinin qarşısına çıxıb və özünü öldürəcəyini deyib.
Bu zaman atəş açılıb və R.Əliyev dünyasını dəyişib. Nəsimi rayon Prokurorluğu istintaq sirri olduğunu əsas gətirərək iddialara aydınlıq gətirmədi. Roza Zərgərli və qızı Bənövşə də Criminal.az saytının onlara ünvanladığı suallara cavab verməkdən imtina etdi.
Əntiqə Rəşid
Digər Xəbərlər

Qızının vəziyyəti ağırlaşdı - Konsertlərini ləğv etdi

Məşhur amerikalı aktrisa öldü

Perihan Savaş yeni serialda

Amerikalı reper saxlanıldı
jpg-1754290628.jpg)
3 avqustda ermənilərin "nəfəsi kəsilib": Cenifer Lopez və susuzluq

Lopez də Doq kimi erməniləri aldatmasa, İrəvanda konsert olacaq

Castin Timberleyk bu xəstəlikdən əziyyət çəkir
