04 Avqust 2025 10:56
256
ŞOU-BİZNES

3 avqustda ermənilərin "nəfəsi kəsilib": Cenifer Lopez və susuzluq

Ermənistanın paytaxtında  dünya estradasının ulduzu Cennifer Lopesin Vazgen Sarkisyan adına Respublika stadionunda  solo konserti olub.

Adalet.az xəbər verir ki,  Lopez erməni  tamaşaçılarına köhnə və sevilən hitləri, həmçinin rəqs ifaları və xüsusi işıq və səs effektləri ilə müşayiət olunan son albomundan yeni kompozisiyalar təqdim edib.

 Məlumatı Ermənistan Mədəniyyət, İdman və Turizm Nazirliyi yayıb.

Bildirilir ki, tamaşaçı arasında dünya ulduzunun İrəvandakı konsertində iştirak etmək üçün müxtəlif ölkələrdən 15 minə yaxın tamaşaçı Ermənistana gəlib. Ümumilikdə tədbirdə 30 mindən çox insan iştirak edib.

Konsert Ermənistan Respublikasının Təhsil, Elm və İdman Nazirliyinin dəstəyi ilə Doping Space şirkəti tərəfindən təşkil olunub. Təşkilatçılar xüsusi qayğıya ehtiyacı olan qrupların nümayəndələrinə pulsuz biletlər təqdim edərək, onların bu eksklüziv konsertdə tam iştirakını təmin ediblər.

Maraqlıdır ki,  avqustun 3-də İrəvanda Cenifer Lopez  ifası və rəqsi ilə nəfəsləri kəsərkən, İrəvanın inzibati rayonlarından biri olan Nor Nork rayonu ərazisində "Jrvej Mayak" yaşayış massivinin yüzlərlə sakini etiraz əlaməti olaraq küçələrə çıxıb, avtomobil yolunu bağlayıb. 

Fotomüxbir Qaqik Şamşyana müsahibə verən sakinlər deyib ki, bir aydır ki, 9 mindən çox sakin susuzluqdan yanır,  o cümlədən qocalar və uşaqlar əsl stress keçirirlər və bunun əsas günahkarı "Veolia Suyu" şirkətidir.

Biləcəyiniz, Ermənistandakı əhalinin  bir yarısının Cenifer Lopezdən, qalanının isə susuzluqdan nəfəsi kəsilib.

 Əntiqə Rəşid