adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
06 Noyabr 2019 14:55
105436
MÜSAHİBƏ

Röya gənclərin sevimlisidir, fanatları var, amma... - MÜSAHİBƏ

"İndiki müğənnilər oxuyur, amma mənyaradıram.O mahnı ki, mənim səsimə uyğun gəlir, daxili dünyamı əksetdirir onu oxumağa çalışmışam” – bu fikirləri resbublikanın Əməkdar artisti,tanınmış müğənni Süleyman Zeynalov "Ədalət” qəzetinə müsahibəsində deyib.

SüleymanZeynalov - 1976-cı ildə Dövlət İncəsənət Universitetinin və Bakı AsəfZeynallıadınaMusiqi Kollecinin "Vokal” şöbəsinibitirib.1978-ci ildən dövlət qastrol konsert birliyinin 20 ildən artıqsolisti olub.Eyni zamanda əməkdar incəsənət xadimi Gülarə Əliyevanınrəhbərlik etdiyi "Dan ulduzu” ansamblının, Xalq artisti Nəriman Əzimovunrəhbərlik etdiyi Səyid Rüstəmov adına "Xalq-Çalğı alətləri” orkestrinin,dövlət televiziyasının nəzdində əməkdar incəsənət xadimi Əfsər Cavanşirovunrəhbərlik etdiyi "Bənövşə” uşaq xorunun solisti olub. Oktay Kazımovun"Büllur sarayda” tamaşası üçün bəstəsini xalq artisti Amalya Pənahova iləduet vəxalq artisti Sevda İbrahimovanın "Kəndçi qızı”tamaşasında iki bayatılar ifa edib."Fəryad” filmində erməniəsilli məşhur fransız müğənnisi Şarl Aznaur rolunu canlandırıb.

"Özüməqiymət istəyirəm”

–Necəsiniz, səhhətiniz necədir?

– Müalicəmi davam etdirirəm.İrandamüalicə olunuram.Ayaqlarımda problem vardı.Həkimlər düzgün diaqnozqoymamışdılar.Dedilər əsəbdəndir.İndi daha yaxşıyam. Sağ olsunyadım edən adamlar.

– Tez-tez mətbuatda şikayət edirsiniz...

–Bəli şikayət edirəm, çünki mən xalqımın musiqisi, səhnəsiüçünazfəaliyyət göstərməmişəm.İndi özümə qiymətistəyirəm.Bu qədər təqaüd yazdırırlar, heç olmasa mənə də mükafatversinlər... 144 manat təqaüd alıram, 64 manat isə əməkdar artist olduğumüçün.Mən bunları deməkdən əvvəllər utanardım, amma artıq utanmaqdankeçib.Mən demirəm ki, başqa müğənnilərə şərait yaradılmasın, əksinəcavanlara yol açılmalı, onlara imkan tanınmalıdır.Amma bu o demək deyilki, əvvəlki müğənnilər yaddan çıxmalı, diqqətdən uzaq olmalıdırlar. Mən busənətə ailəmi qurban vermişəm. Mənim heç xəbərim olmayıb evdə nə yeyirlər, nəiçirlər. Hər dəfə qastrollarda olmuşam, 15 gün, 20 gün, 1 ay… İndi heç evim dəyoxdur. 20 ildir kirayədə yaşayıram. Həyat yoldaşımı 29 yaşımda itirdim beyinxərçəngindən, o vaxtdan evlənməmişəm, övladlarıma tək baxmışam. İki övladımvar. Birinin 35, digərinin 36 yaşı var.İmkansızlıqdan onları evləndirə bilmirəm.

Buməsələ ilə bağlı müvafiq qurumlaramüraciət etməmisiniz?

MədəniyyətNazirliyinə müraciət etmişəm, mənim adımı ev üçün Prezidentə təqdim ediblər.Sağ olsunlar məni böyük sənətkarlar, millət vəkilləri dəstəkləyir. Ümid edirəmki, bu problemim tezliklə həll olunacaq.

SüleymanZeynalov onu narahat edən başqa məsələningənc müğənnilərin yekəxanalığı olduğunu deyib.

–Nəsillərarasıproblemlərhəmişəolub və bundan sonra dagüman ki, olacaq. Bu, bütün sahələrdə var...

–Amma mən də cavan olmuşam.Heç vaxt özümdən qabaqkı müğənnilərə qarşıyekəxanalıq etməmişəm.Həmişə hörmətlərini saxlamışam.Bacardıqcaonlardan öyrənməyə çalışmışam.Həmişə dünya şöhrətli sənətkarların içindəolmuşam.O vaxt mərhum Sara Qədimova deyərdi ki, "cavanlar nə karadırki, bizlə tən gələ”.Ancaq biz bu sözə də bir öyüd kimi əməletmişik.Məndə olan səs tembri, səs şirinliyi, zövq kimdəvar?Təvazökarlıqdan uzaq olsa da, bunları deməliyəm.

–Elə bəlkə də, siz də əvvəlki nəsil korifeyləri kimi səhnədə daha tələbkarolmalıydınız.Hər mənəm-mənəm deyən yeni müğənnilər üçün səhnə bu qədərboş buraxılmamalıydı?

–Dediklərim bütün gənc müğənnilərə aid deyil.Elə gənc müğənnilər tanıyıramki, çox ləyaqətli insanlardılar.Böyük-kiçik yeribilirlər.Özlərindən əvvəlki nəslə hörmətlə yanaşırlar.Lakin birqrup müğənnilər var ki, nə səsləri, nə də zövqləri var. Bununla belə çoxyekəxanalıq edirlər.Danışanda deyirlər ki, mən 2-ci Şövkət Ələkbərovayam,İbrahim Tatlısəsəm.Düşünmürlər ki, bu iki ad Azərbaycan və Türkiyəninsənətinə qızıl hərflərlə yazılıb, istəsəniz dəonlarolabilməzsiniz.Yaxşı müğənninin öz dəsti-xəttiolmalıdır.Mən Şövkət xanımla, Tükəzban xanımla, Əbülfət Əliyevləişləmişəm.40 ildir səhnədəyəm, yenə də bu korifeylərdən öyrənməyəhazıram.Onları özümə məktəb sayıram, amma bu o demək deyil ki, onlarıolduğu kimi təqlid etməliyəm.Mən ifa üçün hər mahnını götürmürəm.Omahnı ki, mənim səsimə uyğun gəlir, daxili dünyamı əks etdirir onu oxumağaçalışmışam.İndiki müğənnilər oxuyur, amma mən yaradıram.Bir mahnıüzərində aylarla məşq etdikdən sonra onu lentə yazdırıram.Adi oxumağı hərkəs, hətta evdar qadınlar da qab yuya-yuya zümzümə edirlər.

– Bugünkü müğənnilərin artıq möhürünüqoymuş mahnılara sintez eləməsinə, improvizəsinə necəbaxırsınız? Bunlara tələbat varmı, yoxsa klassik ifalar olduğu kimiqorunub oxunmalıdır?

– İmprovizələrolunabilər, amma savadlı şəkildə. Deyək ki, Şövkət Ələkbərovanın ifasına müraciətedirlər, amma bunu elə etməlidirlər ki, o cür korifein dəsti-xəttinə,onunadınaxələl gəlməsin, onun ifa etdiyi, artıq möhürünü vurmuşmahnılar korlanmasın.Ümumiyyətlə, bəstəkarın musiqisi, şairin sözlərinəmüdaxilə olunmamalıdır.Sadəcə, bir müğənni kimi ona çalar qatmaqolar.Məsələn, bir mahnınıbeşmüğənni oxuya bilər; hərənin özdəsti-xətti, öz səs tembri var. Amma improvizələr yerində olmalıdır.Artıqxalq arasında qəbul olunmuş, öz təsdiqini tapmış mahnılarkorlanmamalıdır.Ona görə də bəzi tanınmış müğənnilər öz mahnılarınınoxunmasına icazə vermirlər.Düz də edirlər, çünki mahnını korlayıb, gözdənsalırlar.Mən indiyə kimi İlhamə Quliyevanın bir mahnısını oxumuşam: FaiqSücəddinovun bəstələdiyi "Ayrılıq” mahnısını.Onun da xeyir-duasınıalmışam.Ümumiyyətlə, İlhamə xanımla, Tükəzban xanımla istər ölkədaxili,istərsə də xarici qasrtollarda çox olmuşam.O vaxt bölgələrə çox səfərolunurdu, xüsusilə məhsul bayramlarında, zəhmətkeş insanlar üçün konsertproqramları təşkil olunurdu. Müğənnilər üçün, onların səslərinə uyğun gözəl musiqiləryazılardı...

"İnditamaşaçılar pisə əl çalırlar”

–Dediyiniz kimi o vaxt səhnə sırf xalq üçün nəzərdə tutulurdu.İllərinsənətkarı kimi, bugünkü Azərbaycan səhnəsini, musiqi mənzərəsini necəqiymətləndirirsiniz?

–Bu gün bütün sahələrdə inkişaf var. Bu inkişaf incəsənətdə də özünü göstərir,xüsusilə muğam sahəsində.Hamımız şahidiyik ki, milli muğam sənətimizədövlət səviyyəsində necə qayğı göstərilir, Heydər Əliyev Fondu bu sahəni daimdiqqətdə saxlayır.Ammaestradasahəsi üçün bunudeməzdim.Ələlxüsus da əvvəlki müğənnilər diqqətdən kənardaqalırlar.Olmazdımı ki, mənim kimi illərini səhnəyə vermiş sənətkarlaradaha böyük qayğı göztərilsin?!2006-cı ildə Əbülfəs Qarayevin təqdimatındamənə Əməkdar Artist adı verilib.Amma mən bunu əslində20ilbundan öncə almalıydım.Bu gün yerindən duran, dünənsəhnəyə gələn müğənnilər bu ada layiq görülüblər.Sual yarana bilər ki,axı bi müğənnilərin xalqa, səhnəyə xidməti nə olub?Axı fəxri ad buxidmətlərə görə verilir!Nə olsun ki, gözəl oxuyanlar var, mən də çoxyaxşı oxuyuram.Hər halda Gülarə Əliyeva məni "Dan ulduzu”na boşyerə, nəyinsə xatirinə solist etməmişdi... 1990-cı ildə xalq artisti bəstəkarTofiq Quliyev mənim haqqımda "Baku” qəzetində "Duşevnost” adlıməqalədə sənətimə böyük qiymət verdi.Onu da deyim ki, bu gün Azərbaycantamaşaçısı ilə əvvəlki tamaşaçılar arasında da çox böyük fərq var. O vaxttamaşaçılar çox diqqətli və tələbkar idilər.Amma indi tamaşaçılar pisə əlçalırlar.Bu, bir çox tamaşaçının səviyyəsizliyini göstərir.

–Yəni deyirsiniz ki, tamaşaçının zövqü korlanıb?

–Bəli. Bugünkü tamaşaçıya şou lazımdır, əsl incəsənət yox! Müğənni deyirki, solo konsert verirəm. Əslində isə o, sponsor konsertiverir. Biletlər də sponsorlar üçün satılır. Mən də vaxtilə solokonserlər vermişəm. Xədicə Abbasova ilə böyük səhnə paylaşmışam, bütünkonsertlərimiz də anşlaqla keçib. O vaxt sponsorlar yox idi, amma konsertadministratoru olurdu. Elə bir Azərbaycan ərazisi yoxdur ki, mən ordakonsert verməyim. Mən vətənə, torpağıma, xalqıma bağlı müğənniyəm. Ənçox da əsgərlər üçün konsertlər vermişəm. Güllələrin altında qorxmadansəngərlərdə əsgərlərimiz üçün mahnılar oxumuşam.

– Bu gün də səhnə fəaliyyətiniz davamedirmi?

–Əlbəttə! Davamlı olaraq telekanallara çıxıram, mahnılarımısəsləndirirəm. Səsim də, özüm də formadayam.İctimai kanalda, ANS-dədəfələrlə çıxışlarım olub. Sadəcə, hər verilişə getməkistəmirəm. Bunu bəzən özündənrazılıq kimi qiymətləndirirlər. Ammabelə deyil. Özümə, sənətimə hörmət qoyuram, çağırılan yerləridəyərləndirirəm.

Mənartıq "Xalq artisti” adını almalıydım…

–Bu günün müğənnilərindən daha çox kimləri bəyənirsiniz?

–Dediyim kimi bu gün yaxşı oxuyan müğənnilər var: xüsusilə Azər Zeynalovu,Azərini, Könül Kərimovanı çox bəyənirəm. Ammaestradasahəsində,lirik janrda oxuyan gəncləri görmürəm.

Bu yaxınlarda bir sıra müğənnilər "Xalqartisti” adını aldı. Yəqin siyahıdan xəbəriniz var. Siz nə düşünürsünüz?

Dahayaşlı, daha təcrübəli, daha çox xidməti olan müğənnilər qala-qala gənclərə bu adların verilməsi məni narahatedir. Düzdür, gənclərə də qayğı və diqqət göstərmək lazımdır, amma birinciəvvəlki nəsil qiymətləndirilməlidir. Mən özüm 2006-cı ildə "Əməkdar artist”adına layiq görüldüm, üstündən 13 il keçib, artıq "Xalq artisti” adınıalmalıydım, amma indi yerindən təzə durana bu adları verirlər.

Miri Yusif, Tünzalə, Röya... Nədüşünürsünüz bu müğənnilərin sənəti haqqında?

Röyagənclərin sevimlisidir, fanatları var, səsi də gözəldir, amma "Əməkdar artist”adını 1 il qabaq almışdı da. Tünzaləninnə müğənniliyi, nə də bəstəkarlığı mənə çatmır. Miri Yusifi də müğənni kimiqəbul etmirəm.

-Bu fəxri adlara başqa kimlər layiqdirsizcə?

-XanəndəSakif Məmmədov, rəhmətlik Mahrux Muradova heç bir ad almadan getdi, arzusu ürəyində qaldı, Qulu Əsgərov, Səxavət Məmmədov, Hüseynağa Hadıyev, KəmaləRəhimli, Səkinə İsmayılova... Bax bu adlar layiqdi.

-İndi müğənni kimi fəaliyyət göndərirsiniz?

-İndiişləmirəm, təqaüddəyəm.

-Toylara gedirsiniz?

-Yox,mən toy müğənnisi deyiləm. Ancaq dövlət tədbirlərində, qastrollarda çıxışetmişəm.

-Telekanallarımıza çıxırsınız bəs?

-Düz3 ildir televiziyaya da çıxmıram. 3 il qabaq Mikayılın "Sevimli şou” verilişində çıxış etmişdim, ondan sonra bilmirəm niyə,heç bir kanal dəvət etmir, özümdəfələrlə müraciət etsəm də.



Ulucay Akif