Ronaldonun yerinə 5 namizəd - əsas hədəf Keyndir
"Tottenhem”in hücumçusu Harri Keyn "Real”ın əsas transfer hədəfidir.
Qol.az-ın "Marca”ya istinadən yaydığı xəbərə görə, "kral klubu” "Yuventus”a keçəcəyi gözlənilən Kriştianu Ronaldonun boşluğunu məhz ingiltərəli forvardla doldurmaq niyyətindədir. Eyni zamanda, "Real” rəhbərliyi başa düşür ki, 24 yaşlı futbolçunu transfer etmək elə də asan deyil. Çünki "Tottenhem”in prezidenti Daniel Levi ilə danışıq aparmaq çox çətindir.
Keynin dünya çempionatındakı uğurlu çıxışı ispan klubunun işini bir az da çətinləşdirə bilər. Belədə "Tottenhem” öz liderini komandada saxlamaq üçün əlindən gələni edəcək.
Əgər Keynin keçidi baş tutmasa, "Real” rəhbərliyi fikrini digər namizədlərə yönəldəcək. Bunlar isə PSJ-dən Neymar və ya Kilyan Mbappe, "Bavariya”dan Robert Levandovski, "Çelsi”dən Eden Hazarddır.
Madrid təmsilçisinin yay transfer pəncərəsində bu futbolçulardan birini heyətinə qatacağı ehtimal olunur.
Qeyd edək ki, Keyn ötən mövsüm 48 oyunda 41 qol vurub.
Digər Xəbərlər
01 May 2024 15:38
Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00