Ronaldo zorlamada ittiham olunur
Portuqaliyalı forvard tanınmış futbolçu Kriştiano Ronaldoya qarşı ittiham irəli sürülüb.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, Ronaldo amerikalı Ketrin Mayorqu təcavüz etməkdə ittiham olunur.
Almaniyanın nüfuzlu "Spiegel" nəşrinə görə təcavüz hadisəsi 2009-cu ildə ABŞ-da Las-Veqasda baş verib.
Qadın Ronaldunun ona susması üçün 375 min dollar ödədiyini bildirib.
34 yaşlı Mayorqun 9 illik dəhşətli hadisəni ilk dəfə mətbuata danışdığı qeyd edilir.
Məlumata görə məbləğ müqabilində qadın heç kimə ittiham barədə danışmamaq və bütün sübutları məhv etmək haqda razılığa gəlib.
Qeyd edək ki, Mayorqun bu bəyanatından sonra Ronaldonun vəkilləri apelyasiya məhkəməsinə müraciət ediblər.(modern.az)
Digər Xəbərlər
01 May 2024 15:38
Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00