Ronaldo ilk milyarder futbolçu kimi tarixə düşdü
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo futbol tarixində ilk milyarder futbolçu olub.
Adalet.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Bildirilib ki, 40 yaşlı oyunçunun sərvəti 1,4 milyard dollar olaraq qiymətləndirilir. Bu məbləğə sponsor müqavilələrindən əldə olunan gəlirlər, klubdan aldığı maaş və kommersiya fəaliyyətlərindən qazancı daxildir.
Ronaldo 2023-cü ildən “Əl-Nəsr”də çıxış edir. Ulduz hücumçu bu yay imzaladığı yeni müqaviləyə əsasən, ildə 400 milyon avrodan çox gəlir əldə edir.
O da bildirilir ki, uzun müddət ərzində Ronaldo əsas rəqibi - argentinalı Lionel Messi ilə, demək olar ki, eyni səviyyədə qazanc əldə edirdi. Lakin 2023-cü ildən etibarən vəziyyət kəskin şəkildə dəyişib. Agentlik qeyd edir ki, həmin vaxt Portuqaliya yığmasının kapitanı Səudiyyə Ərəbistanına yollanaraq illik 200 milyon dollar dəyərində (vergilər nəzərə alınmadan) rekord müqavilə imzalayıb. İndi, 40 yaşında isə Ronaldo ən varlı idmançılar arasında zirvəyə yüksəlib.
Digər Xəbərlər
25 Mart 2026 18:29
"Qalatasaray" Mario Lemina ilə bağlı qərar verdi
25 Mart 2026 14:09
“Real” tibbi heyətini qovdu - Mbappeyə səhv diaqnoz qoyublar
23 Mart 2026 19:23
Zidan Fransa millisinin baş məşqçisi olacaq
23 Mart 2026 18:00
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
23 Mart 2026 10:27
Millimiz hazırlıqlara start verib
23 Mart 2026 09:45
Cüdoçularımız beynəlxaq turnirdə komanda hesabında birinci oldu
23 Mart 2026 09:16
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
21 Mart 2026 12:28


Bakı -°C

