Ronaldo dünya çempionatına qədər bu məsələni həll etməyə çalışır
"Real" və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldudünya çempionatına kimi vergidən yayınması ilə əlaqədar açılan işləri həll etmək niyyətindədir.
Adalet.az goal.az-a istinadən xəbər verir ki, ulduz futbolçu 14 milyon avro cərimə ödəməyə hazırdır. O, vəkili vasitəsilə məhkəməyə göndərdiyi məktubda vergi qanunvericiliyinin 4 bəndini pozduğunu etiraf edib.
Ronaldu ilk dəfə 2017-ci il 31 iyulda məhkəmədə ifadə vermişdi. Dövlət ittihamçısı onun 14.8 milyon avro cərimə ödəməsini tələb etmişdi. Vergi orqanları isə hesab edir ki, ödəniş 25.7 milyon avro olmalıdır. Hücumçu öncə 3.8 milyon avro ödəməyi təklif etsə də, rədd cavabı almışdı.
Digər Xəbərlər
03 May 2024 11:10
Messi aprel ayının ən yaxşı futbolçusu seçildi
03 May 2024 09:57Maradonanın övladları futbolçunun qalıqlarının köçürülməsini istəyiblər
01 May 2024 15:38Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37