adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
30 Iyun 2015 14:19
3526
DÜNYA

Roma Papası narkotikin dadına baxacaq

Roma Papası Fransisk iyulun ortalarında LatınAmerikasına səfər edərək, Boliviyada koka yarpaqlarının tamına baxmaq istəyir.Kokain kollarında bitən bu yarpaqlar yüz ilə yaxındır ki, dünyada kokainistehsalı üçün əsas xammal kimi işlədilir.

Pontifikin bu planı barədə Boliviyanın mədəniyyətnaziri Marko Maçikao məlumat verib. 

Maçikao deyib ki, "xüsusi olaraq ona mate (tərkibindəkofein olan içki) və bir sıra başqa milli məhsullar" təklif ediblər, ammaRoma Papası məhz koka yarpaqlarında israr edib.

Nazirin sözlərinə görə, koka yarpağı Yunqas bölgəsindəngətiriləcək: "Biz bilirik ki, ən dadlı və çeynəmə zamanı ən xoş olan kokahəmin bölgədə bitir".

Boliviya dünya üzrə əsas koka istehsalçılarındanbiridir. Amma yerli hakimiyyət narkotika ticarətçilərinə qarşı amansız mübarizəaparır. Buna baxmayaraq, ölkə prezidenti Evo Morales kokain kollarını bitkikimi müdafiə edir. Onun fikrincə, koka narkotik deyil və And əhalisinin mədəniirsidir. Morales hətta xüsusi bayram - koka yarpaqlarının milli çeynəmə günü təsisedib. (Ans.press)