adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Fevral 2020 18:04
24119
GÜNDƏM

Rey Kərimoğlundan şəhid ailələlərinə və qazilərə çağırış

Adalet.az xəbər verir ki, qazimiz bu paylaşımı ilə seçiciləri,layiqlinamizəd Aqil Abbasa səs verməyə çağırış edib:

"Əziz Ağcabədi və Füzuli rayonundan olan Şəhid ailəsi üzvləri, QarabağQaziləri! Hamınızı 83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsindən AzərbaycanRespublikası Milli Məclisinə deputatlığa namizəd Aqil Abbasa (Aqil Məhəmmədoğlu Abbasov) səs verməyə çağırırıq! Uzun illərdir müharibə insanlarınınproblemləri ilə məşğul olan adam kimi bildirirəm ki, Aqil Abbas ən ağır günlərimizdəyanımızda olub! Bizə arxa-dayaq olub! Problemimiz olanda dəstək üçün ilkağlımıza gələn, zəng etdiyimiz, qapısını döydüyümüz insandır Aqil Abbas!

Tanınmış jurnalistlə telefon əlaqəsi yaratdıq. O bildirdiki, həm Qarabağ qaziləri” İctimai Birliyinin, həm Qarabağ əlillərinə qayğı ictimai birliyinin, həm də, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmovadına İnkişaf Fondu" birliyinin üzvləri yekdilliklə Aqil müəllimi dəstəkləyir,yenidən Milli Məclisə üzv seçilməsini təqdir edirik və bu məqsədlə Aqilmüəllimin seçicilərinə çağırış edirik! Bir daha qeyd edirəm: Problemimiz olandadəstək üçün ilk ağlımıza gələn, zəng etdiyimiz, qapısını döydüyümüz insandırAqil Abbas!”



Qeyd edək ki,tanınmış yazıçı-publisist Aqil Abbasın 83 saylı Ağcabədi-Füzuli seçkidairəsindən Milli Məclisə namizədliyi irəli sürülüb.

Əntiqə Rəşid