adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
14 May 2019 11:23
95020
MÜSAHİBƏ

Rəvan Cavid: "Yazıçının içində mütləq ədalət hissi olmalıdır" -MÜSAHİBƏ

Adalet.az gənc yazar Rəvan Cavid ilə olanmüsahibəni təqdim edir.

Həyat, yoxsa ədəbiyyat? Yəni ikisi arasında qalsan, hansınıseçərdin?

Ədəbiyyathəyatın içindən gəlir. Yaşadıqlarımız, gördüklərimiz, dinlədiklərimiz,oxuduqlarımız – hamısı bizə eyni enerji ilə geri qayıdır. Sənətin əsasvəzifəsi sənətçinin mövcud olduğu zamanı simvollaşdırması, gələcəyəötürməsidi. Ədəbiyyat və digərləri bunaxidmət edir. Ona görə, ədəbiyyat və həyat bir-birini tamamlayan nəsnələrdi.Ədəbiyyatsız həyat lal adama bənzəyir. Həyatsız ədəbiyyat isə ölü adama. Həm dəmən yazmağın tale işi olduğuna inanıram.



Niyə poeziyadan nəsrə keçdin?

Keçməkifadəsi doğru deyil. "Mən daha şeir yazmayacam, bundan sonra hekayə yazmaqistəyirəm” demirsən. Şeir yazmaq an məsələsidi. Həm də səs hadisəsidi. Yəni,məncə, şeir mətn konteksində nəsrə uduzur. Bayaq qeyd etdiyim enerji məsələsidibu. Elə mövzular var, sən onları esse kimi ifadə edirsən, elələri də var ki, onlarıbədii mətnə çevirməlisən. Bəzən isə şeirlə anlıq duyğu kimi itib-gedir.


Yazıçı kimi missiyan varmı? Və səncə yazıçınınideologiyasi olmalıdırmı?

Yazıçı olmaqözü missiyadır. Bu missiyanı sənə vermirlər. Zaman hər şeyə, hər kəsə bir şəkilverir, deyəsən, "Duman”dan eşitmişdim. Sənin missiya dediyin şey o şəkildi. Sənətadamı xilas üçün çalışır. Sənət özü Xeyirin tərəfindədi. Yəni, yazıçının içindəmütləqədalət hissi olmalıdır. İdeologiya isə bütün həqiqəti görməyə imkan vermir. Kimsəözünə ideologiya seçirsə, əmin ol, qorxur. Hansısa qanunlar cədvəli sənin üçündaha önəmli olur və zaman keçdikcə bunlar səndə bir daxili senzura yaradır.Məsələn, Allahı din kimi qəbul edən yazıçı yazı masasında onu sənətə çevirəbilmir. Ya da vətən mövzusu. Ya da istənilən fikir. Düşünürəm ki, sənətideologiyaların üstündədir. Mətn yazanda sənin üçün toxunulmaz bir mövzuolmamalıdır. Allahla, ölkənlə, sənə doğmalarınla içindən gəldiyi kimi rəftaretməlisən. Özünə sərhəd qoymamalısan. Tərəf seçib-seçməməkdə isə hamı azaddır.O ki qaldı mənimmissiyama, mən onu axtarıram. İndi mənə real hadisələrdən daha çox absurdsituasiyalar maraqlıdır və mən onları yazıram. Bizim ölkədə bu kimiləri boldu.

Yəni sənin üçün yazı masasında heç bir dəyər yoxdur?

Ancaq yazmaqvə yazdığım mətn. Qalan hər şey plastilin kimidi, onlardan nə istəsəm qurabilərəm, yetərlidir ki, alınsın. Deistəm mən, milli dəyərlərə bağlı birisi dədeyiləm, insanlarımızı tanımağa çalışıram, tanıdıqca müxtəlifliklərini sevirəm,ancaq onlarla müqəddəs kimi davranmamağı da bacarmalıyam. Bəlkə də gənclikradikalizmidi, keçib gedəcək. Faulzu oxuyuram bu günlər, o daha yaxşı izah edirbu məsələləri. Verəcəm sən də oxu, qəşəng yazır.

Yazıçıların içki məclislərinə qaçma səbəbi, səncə,nədədir? İçki yazıçıya nəsə verir?

Bu səni niyəmaraqlandırır? (gülür). İçki yazıçıya mətn olaraq heç nə vermir. Fiziki olaraqkefləndirir, rahatladır, sərxoş edir. Mütləq içib nəsə yazmaq söhbəti isəmənasız və gülməlidir. Mən elə yaşlardayam ki, Bakının gecələrini publarda,sahildə, Nizami küçəsindəki "arthouse"larda keçirirəm. Ancaq bunlarmənə, dediyim kimi, hələ gələcəkdə lazım olacaq, o da xatirə yazmaq üçün. Ciddimətnlər ciddi düşünən beyinin, sağlam ruhun məhsulu olur.

Yazıçıların, elə sənin niyə bir imicin yoxdur?

Yazıçının,şairin həyat tərzi, geyimi, danışığı yazdıqlarına bənzəyir. Postmodernmüəlliflərin, modern müəlliflərin, sürreal mətn yazanların, absurd hekayələrqələmə alanların - onların hər birinin özünəxas bir görkəmi var. Zamanla olurbunlar. Azərbaycanlı müəlliflərdə dəbelədi. Müsahibələrdən, qatıldıqları tədbirlərdə rəftarlarından hiss olunur.Məndən bunu gözləmək hələki tezdi (gülür)



Müasir poeziyamızdan danış…

Müasir poeziyamızdaiki xətt var. Birincisi, ənənəvi şeirə yeni intonasiya gətirənlər və ya bunaçalışanlar. Daha geniş aspektdə buna şərq şeiri deyə bilərik. Bu cür şeiryazanlar hadisəyə tamaşa etməyi, onun görüntüsünü, səsini, yaratdığı həyəcanışeirə köçürənlərdi. İkincilər, çağdaş qərb şeirinin yolunu tutanlardı. Onlarınşeirlərində hadisələr davam edir. Şeirə süjet gəlir, obrazlaşır. Mətnin realtərəfləri ortaya çıxır. Təxəyyül göydə yox, yerdədi, siz ona toxuna bilirsiniz.Hər iki xəttin uğurlu imzaları var.

Poeziyamızdaistedad problemi yoxdu, intellekt problemi var, mütaliəsizdir çoxu. Ona görə,özlərini təkrarlayırlar.

Mənim sevdiyim şeirisə absurd şeirdi. Bu cür yazan bizdə, deyəsən, yoxdu. Varsa, siz yadıma salın…

Absurd şeir nəyə deyirsən? Dünya ədəbiyyatındannümunələr gətirə bilərsən?

Sənayeləşmədənsonrakı dövr, İkinci Dünya Müharibəsi bir daha sübut etdi ki, Allah və yaonunla bağlı hər hansı bir anlayış boş fərziyyə imiş. Çünki insanlar ədalətduyğusunu itirmişdi. Ədalət isə Allahın insanlara söz verdiyi mövhum idi. Bubarədə uzun-uzun danışmaq olar. "Tanrı öldü!” ifadəsindən sonra insanlığınmilyon illər qoruduğu dəyərlər sistemi də çökdü. Hər şeyə mənasızlıq yükləndi.Ya Kamü kimi yeni dəyərlər axtarmalıydılar, ya bununla barışıb real olmayan birsferada dünyalar yaratmalıydılar. Absurd sənətçilər ikincini seçdi. Absurdizimmənasızlıq anlayışını sənət müstəvisinə gətirən izmdi. Burada yazıçı,ssenarist, şair tamamilə öz dəyərlərini yaradır. Hər şey onun olur. Bekketteatrda bunu edəndə absurdizmin içində bir poetikliyin olduğunu da kəşf etdi.Bunu teatrda olduğu kimi, poeziyada da sınamağa cəhd edib. Sonrakı dövrlərdədigər şairlərin hər biri absurd şeirlər yazdı. Tranströmerdə də var bu cürşeirlər, Eliotun özündə də. müasirlərdən Pablo Saborio sırf absurd şeirləməşğul olur. Bizə yaxın müəlliflərdən, ən çox tanınan Küçük İsgender. Onur Ünlükimi tanıdığımız Ah Muhsin Ünlü imzası. Azərbaycanda bu cür şeirləri SalamSarvanda, Səlim Babullaoğlunda oxumuşam.

Oxuduqlarından təsirlənirsən? Və ya yazdıqlarına necətəsir edir?

Son bir ildə yenimüəlliflər kəşf etmişəm. Yerli və xarici saytlardan, bədii zövqünə güvəndiyimədəbiyyat adamlarından bu mövzuda yararlanmışam. Tapdığım müəllifləri OrxanHəsəni ilə paylaşıram. O da paxıl deyil. Biz müasir çağın romançılarından,hekayəçilərindən, esseistlərindən təsirlənməyə çalışırıq. Bu prosesi yazıbkeçmək daha yaxşı yoldu.

Aldığın mükafat haqqında danış…

"Uğur"mükafatı Prezidentin AYB'yə ayırdığı məbləğdən verilir. Mükafat beş gəncmüəllifə hər birinə 1000 manat olmaqla nəzərdə tutulub. Hələki mən də buqədərini bilirəm. Eşitdiyimə görə, mayın sonuncu həftəsi təqdim ediləcək.


Səncə, bizim ədəbiyyatımızda çatışmayan nəsə varmı?İstər nəsr, istər poeziyamızda.

Mühit yoxdubizdə. Sərbəstədəbi qurum yoxdu. Kitab industriyası yoxdu. Ədəbi tənqid yoxdu. Çağdaşədəbiyyatın tərcüməsi gec-gec olur və sair…

Bizim insanlar ilə ədəbiyyat arasında nə kimisərhədlər var?

Ümuməndünyada insan faktoru bədii ədəbiyyatın nə qədər milli olmasına, nə qədər lokalxarakter daşımağına, nə qədər inkişaf etməyinə bir başa təsir göstərir. Azərbaycan insanıədəbiyyatı sənət kimi qiymətləndirə bilmir. Öz düşündüyünü ədəbiyyatda görməkistəyir. Öz beynində hansı sərhədlər varsa, mətndə də onlara müxalif çıxır.Azərbaycan oxucusu müəllifə ədalətli davrana bilmir. Məhz buna görə bütündövrlərdə yazıçı-şairlər təzyiqlərlə üzləşib. Ancaq həm də öz millimədəniyyətinin qeydinə qalmağı da bacarır. onunla fəxr edə bilir. Azərbaycandünyəvi prinsiplərə can atan ölkədir, ancaq Qafqaz və Orta Şərq sindromunuüzərindən ata bilmir. Bu da bəşəri dəyərlərə can atan ədəbiyyatdan onu uzaqsalır. Ancaq düzələcək, ümidvaram…

Yazıçı kimi məqsədlərinin nə olduğunu da bilməkistəyirəm.

İndi heç birməqsədim yoxdu. Mətnlərimdə dil faktoru zəifdi. İşlədiyim mövzulara uyğun hazır dilmodeli yoxdu sanki. Bu nə şəhər dilidir, nə klassik bərbəzəkli dil. Bilirəm ki,hansısa bir sətirdə, bir abzasda məhz axtardığım dillə yazıram, ancaq onu tutabilmirəm. Bir az qəribə hissdi bu. O dili tapmaq istəyirəm. Əsas unikal dildəunikal mətn yazmaq və o mətni oxucuya təqdim etməkdi.