adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
29 Sentyabr 2016 13:07
6316
ƏDƏBİYYAT

Rəsul Rzadan müharibə şeiri

Adalet.azgörkəmli Azərbaycan şairi Rəsul Rzanın "Bəxtiyar” şeirini təqdim edir. Xatırladaq ki, öz ahəngi ilə seçilən bumaraqlı şeir 1942-ci ildə, Böyük vətən müharibəsinin ən ağır vaxtlarında qələməalınıb.

 

Külək qarısəpələr, Bəxtiyar!

Ağ geyinibtəpələr, Bəxtiyar!

Gecə qara, yoluzaq, qardaşım;

Göylər bulud,çöl-düz ağ, qardaşım.

Kaman çalan kimdir o, Bəxtiyar?

Küləkdi, ya simdir o, Bəxtiyar?

Hənirtini duydumu kəhərin?

Tüfənginə yapışdı əllərin.

Düşmən əli bir, təkcə sən, nə zərər?

Tənlik işarəsidir güllələr!

Gənclik, həyat şirindir, qardaşım;

Vətən qat-qat şirindir, qardaşım.

Ellərimin balası, Bəxtiyar!

Qəlbi vətən qalası, Bəxtiyar!

Qurtarırsa əsgərin gülləsi,

silahıdır qəlbinin kin səsi.

Məhv etdin on yağını, qəhrəman!

Qan sızırdı sənin də yarandan.

Boğazını zabitin gəmirdin.

İradə qüvvətinlə dəmirdin!

Qalib nəğmə səslənir, qardaşım!

Qalibiyyət nəğmədir, qardaşım!

Kaman çalsn kimdir o, Bəxtiyar?

Küləkdi ya simdir o, Bəxtiyar?

Adın bu nəğmələrdə - nəqarət!

Dostlar gedir cəbhəyə, rahat yat!

Bax, qızarır üfüqlər, qardaşım!

Bizimdir günəş, zəfər, qardaşım!

Sən qorudun vətəni, Bəxtiyar!

Vətən unutmaz səni, Bəxtiyar!

Bundan sonra fəxr ilə analar

Körpəsinə ad qoyar Bəxtiyar!