adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 Oktyabr 2017 15:27
5130
SAĞLAMLIQ

Restoranda 45 nəfər zəhərləndi

Havay adalarının Hanolulu şəhərindəki restoranlardan birində ən azı 45 nəfər zəhərlənib.

Adalet.az xəbər verir ki, bu barədə yerli Səhiyyə İdarəsinə istinadən "Associated Press" məlumat yayıb.

Bildirilir ki, zəhərlənməyə norvolk virusu səbəb ola bilər və bu, hələ ki, altı zərərçəkəndə qeydə alınıb.
Agentliyin məlumatına görə, zərər çəkənlərin hamısı hadisədən bir neçə gün sonra düzəliblər. Səhiyyə İdarəsinin nümayəndələri insidentlə bağlı araşdırma aparırlar.