adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 Noyabr 2016 16:51
33799
ANALİZ

Rəsmi saytların reytinq problemi - TƏHLİL

Məhşur"Digital” agentliyinin apardığı araşdırmalara görə dünyada ən çox tanınmışvə istifadəçi reytinqinə görə ABŞ-ın rəsmidövlət saytı olan usa.gov saytıdır. Bu heç də ABŞ-ın hegemonluğundan irəligəlmir. Dünyanın ən böyük reytinqə sahib 8 rəsmi dövlət saytlarınınmonitorinqinə əsasən bu saytlarda dəqiq məlumat, statistikalar və vətəndaşların ciddişəkildə ehtiyac duyduğ və maraqlarınıtəmin edən saytlardır. Bəziləri hətta sosial şəbəkə, SMS və digər funksiyalardanistifadə edərək həm də fərdi – kommersial xarakter daşıyır. Lakin həmin saytlardahər hansı qonşu rəsmi saytların keçid lnklərinə və ya reklam löhhələrinə rastgəlinmir. Azərbaycanda son nəticələrə görə rəsmi saytlar arasında reytinqcədvəlində 56%-lə birinci yerdə Azərbaycan Respublikasının Prezident yanındaDövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Vergilər Nazirliyinin və DövlətNeft Fondunun rəsmi saytları olub.

Reytinq cədvəlində 2-ci yeri Baş Prokurorluğun (55%), 3-cü yeri isə AzərbaycanRespublikasının Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalarüzrə Dövlət Agentliyi ilə yanaşı Rabitə və İnformasiya TexnologiyalarıNazirliyinin rəsmi saytları tutub. Həmin saytların informasiya açıqlığısəviyyəsi 52% olub.

Reytin cədvəlinin hazırlanması üzrə hesabat "İnformasiya əldə etmək haqqında”Azərbaycan Respublikası Qanunu ilə bilgi sahibi hesab olunan 67 dövlətqurumunun internet saytlarının monitorinqi əsasında hazırlanıb.

Nəticələrdən də göründüyü kimi Azərbaycan Respublikasının Prezident yanında DövlətQulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet səhifəsi əhali arasında ənçox müraciət edilən internet resursu olaraq yer alıb. Sözü gedən saytda reytinqyaradan amillər nələrdir?

Başlıca olaraq beləəlaqaləndirmək olar ki, keçmiş TQDK-nın rəsmi saytı ən çox müraciət edilənportallardan biri idi. Lakin qurumun ləğv edilməsindən sonra üstünlüyü digərsaytlar ələ aldı. Dövllət qulluğu ilə bağlı müraciət edilən sayt ali təhsilli gənclərüçün gələcək kariera və iş imkanları yaradan bir təşkilata məxsusdur. Bu birbaşa gənc ziyalıların rəsmi qurumlarda vakansiyalara müraciəti əsasındaüstünlük qazanıb. Nəzərə alaq ki, ali məktəbi yeni bitirmiş tələbə ilk öncədövlət quluqçusu olmağı sınayır. Ölkəmizdə də dövlət qulluğunda çalışanların sayıartıb. Bu onu şərtləndirtir ki, son bir neçə ildə əhali arasında qulluqçu olmaqpopulyarlaşıb. Sözsüz ki, yeni əsrdə gənc kadrlara tələbatın artıması, ocümlədən paralel olaraq pensiya yaş məhdudiyyətinə ciddi nəzarətin olması nəticəetbari ilə dövlət qulluğunda çalışmaq istəyənlər üçün böyük imkanlar açdı. Aparılanmonitorinqlər də bunu isbat edir.

Reytinq cədvəlinin ikinci pilləsində Baş Prokurorluğun rəsmi saytı yar alıb. Qurumamüraciətlərin sayında ilk vaxtlar artım olsa da hal-hazırda 5 gün ərzində edilən müraciətlərin sayı96-dan 10-15 nəfər-ə çatır. Lakin ilkin vaxtlarda Baş Prourorluğun gördüyüsilsilə tədbirlər çərçivəsində hər hansı bir müəllimin, məmurun rüşvət almaanında yaxalanması kimi halları televiziya və internet portallarında izləyirik. Bu onu şərtləndirir ki, əhalininmaraqlarının təminatında müəyyən qədər uğur qazanılıb. Baş prokurorluğun rəsmisaytı həmçinin Azərbaycanda geniş oxucu trayektoriyası qazanmış internet xəbərportalları üçün də vacib mənbə hesab olunur.

Növbəti yeriisə Azərbaycan Respublikasının Prezident yanında Vətəndaşlara Xidmət və Sosialİnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Rabitə və İnformasiya TexnologiyalarıNazirliyinin rəsmi saytı bölüşür. Cəmiyyətin sosial promlemləri və tələbatlarıölkə gündəmində diqqət edilən ən mühüm mövzulardan biridir. Asan xidmətlə bağlıbölmələrin qurumun saytında yer alması o cümlədən vətəndaşların qeydiyyatadüşməsi üçün ən optimal "online növbə” bölmələrin yerləşdirilməsi baxış sayını artıran amillərdəndir. Onu daəlavə edim ki, reytinq sıralaması yüksək olan rəsmi saytlar həm də maraqlı layihələriilə də seçilirlər. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi də "AzerSpace”kimi böyük layihəsi ilə ölkə saytlar arasında öz nüfuzunu artırdı. Gündəlikmedia portallarının da ən çox istinad etdiyi mənbələrdən biri olduğunuxatırlatmaq yerinə düşər.

Hansı saytlar monitorinqdan "üzüağ” çıxdı?

İnformasiya açıqlığı üzrəMərkəzi və yerli icra qurumlarının rəsmi saytılarının 2016-cı il moniorinqinəsəasən 4 ay ərzində 70 Mərkəzi icra orqanının və 68 Yerli icrahakimiyyətlərinin rəsmi internet resursunun yoxlaması baş tutub. Həmin saytları60 parametr və keyfiyyət kriteriyaları və sosial əhəmiyyətlilik səviyyəsinəzərə alınmaqla informasiya açıqlığı vəziyyəti analiz olunub. Məhz sizinüçün də maraqlı olan Azərbaycanda rəsmisaytlar arasında reytinq cədvəlində ən sonuncu yeri Azərbaycan Hava Yolları QSCtutub. 2015-cü ildəcəmi 55 qurum informasiya açıqlığı üzrə 50%-lik həddi keçə bilib, 2013-cü ildəcəmi 21 qurumun açıqlıq göstəricisi 50%-dən yüksək olub.

Yerli icra hakimiyyətləri (şəhər və rayon)üzrə orta informasiya açıqlığı göstəricisi isə cəmi 14.5 % ( 2015-ci ildə15%, 2013-cü ildə : 12.7 %) olub.

Bunlar onu izah edir ki, yerli icraqurumların informasiya açıqlığı sahəsində ciddi problemlər hələ də qalmaqdadır.Aparılan monitorinqlər onu göstərir ki, ötən illərlə müqayisədə yerliicra orqanlarında , rayon və şəhər icra hakimiyyətlərinin rəsmi saytlarında hərhansı bir ciddi dəyişiklik baş verməyib, əksinə geriləmə olub. Bu qurumlarınsaytlarının hamısı bir-birini təkrarlayır, açıqlanması məcburi olaninfromasiyalarn 80-90% -i rəsmi saytlarda yoxdur. Ötən müddətdə Dövlət NefftFondunun, VXSİ Dövlət Agentliyinin, Əmlak Məsələləri DövlətAgentliyinin,Gənclər və İdman Nazirliyinin, QHT-lərə Dövlət DəstəyiŞurasının,Müəllif Hüquqları Agentliyinin, Standartlaşdırma , Meterologiya vəPatent üzrə Dövlət Komitəsinin infromasiya açıqlığı sahəsində əhəmiyyətliirəliləyişləri ilə yadda qalıb. Bununla belə, əvvəlki illərdə informasiyaaçıqlığı sahəsində daha yaxşı mövqedə olan Təhsil Nazirliyinin, Dövlət SosialMüdafiə Fondunun, Mərkəzi Bankın Fövqalədə Hallar Nazirliyinin onlayninformasiya resurslarında müəyyən qədər geriləmələrin olduğunu da diqqətinizəçatdırırıq.

Kiçik araşdrmalar belə onu göstərir ki, yerli icra orqanlarınanisbətdən mərkəzi icra orqanlarına məxsus internet resurslarında son illərdəirəliləmələr müşaiyət olunur. Sadalanan reytinq cədvəlinə liderlik edən rəsmisaytlar da məhz mərkəzi icra orqanlarına məxsudur. Mütəxəssislər buinformasiyanı təsdiqləyiblər və səbəb kimi həmin orqanların fəaliyyətlərininzəifliyini göstərirlər.

Şübhəsiz ki, rəsmi internet mənbələrinin oxucu kütləsi qazanması bir oqədər də asan proses deyil, lakin Azərbnaycanda xüsusən gənclərin ciddimarağına səbəb olan bir sıra layihələr işıqlandırılsa da onların çox hissəsiqeyri-hökümət rəşkilatlarına məxsusdur. O cümlədən bir sıra rəsmi tədbirlərinvə digər rəsmi hadisələrin informasiya şəklində emalını uyğun şəkildə rəsmisayt həyata keçrirsə onunla bərabər qeyri-rəsmi xəbər agentlikləri də həmininformasiyanı öz məhsulları kimi ictiamiləşdirirlər. Bu cür hallar sözsüz ki,rəsmi qurum saytlarının reytinqinə mənfi təsir gösətərir.

Rüfət Soltan

Digər Xəbərlər