Rəşid Behbudovun doğum günüdür
14 dekabr Azərbaycan korifey müğənnisi Rəşid Behbudovun doğum günüdür. SSRİ-nin xalq artisti, SSRİ və Azərbaycan Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Dağıstanın xalq artisti, Gürcüstanın əməkdar incəsənət xadimi və digər fəxri adlara sahib olmyş Rəşid Behbudov 1915-ci ildə Tiflisdə, xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açıb. İfaçılığa 1930-cu ildə Tiflisdə başlayan Rəşid Azərbaycan Dövlət Filarmoniyasının, Opera və Balet teatrının solisti, dövlət konsert ansamblının təşkilatçısı və rəhbəri olub.
1966-cı ildə isə o, musiqi və estrada sənətinin balet, pantomima kimi müxtəlif janrlarını özündə birləşdirən Mahnı Teatrını təşkil edib, bu teatrın solisti və bədii rəhbəri olub. Səhnədə olduğu 55 il ərzində Rəşid Behbudov dünyanın 100-dən çox ölkəsinə səfər edib. O, həm də milli kinomuzda bənzərsiz obrazlar yaradıb.
Rəşid Behbudov 1989-cu il iyunun 9-da Moskvada vəfat edib.
Adalet.az
Digər Xəbərlər
29 Aprel 2024 14:57
İstanbul Su Yolu üzərində memarlıq möcüzələri: İkonik Boğaziçi malikanələrini kəşf edin!
29 Aprel 2024 12:31Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
29 Aprel 2024 11:52İranın mədəniyyət naziri Azərbaycana gələcək
27 Aprel 2024 16:23Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
26 Aprel 2024 17:33