adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 Oktyabr 2017 11:31
9733
İDMAN

Rəşad Sadıqov millidən gedir - Kapitanın sonuncu matçı...

Futbol üzrə Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov yığma karyerası ilə bağlı vacib qərar qəbul edib.

Adalet.az yenicag.az-a istinadən xəbər verir ki, təcrübəli kapitan milli ilə vidalaşır.

35 yaşlı futbolçu DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Çexiya ilə matçda milli komandada sonuncu oyununa çıxacaq.

Qeyd edək ki, sözügedən qarşılaşma oktyabrın 5-i, Bakı Olimpiya Stadionunda baş tutacaq.

Onu da bildirək ki, Rəşad Sadıqov 2001-ci ildən əsas millimizdə çıxış edir.