adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
04 Dekabr 2017 18:34
46439
MÜSAHİBƏ

Rəşad Mahmudov: “Səhiyyənin inkişafı üçün konsepsiyanın qəbuluna ciddi ehtiyac var”

Millət vəkili Rəşad Mahmudov adalet.az saytına müsahibə verib. Omüsahibəsində dövlət büdcəsində səhiyyənin yükü, səhiyyəyə ayrılan vəsaitin çəkisi,bu maliyyə resurslarının səhiyyəmizin inkişafında oynadığı rola toxunub. RəşadMahmudov onu da deyib ki, bu gün dünya birliyində iqtisadi geriləmələrin olduğubir vaxtda Azərbaycanda həyata keçirilən uğurlu siyasət iqtisadi canlanmaya səbəbolub: "Cənab prezidentimizin aparmış olduğuməqsədli və planlı siyasəti nəticəsində bu gün yol xəritəsinin qəbul olunması və onunicrası ölkə iqtisadiyyatında yenidən canlanmanın başlanmasına səbəb olub. Buproqramın qəbulu gələcəyə baxışları tamamilə dəyişdirdi. Bu gün büdcəmiz keçən ildəkiilə müqayisədə azalmadan çoxalmağa doğrugedirsə, ölkənin vacib olan dəyərlərindən biri budur. Yəni hər bir dövlətin çətin dönəmləri olar. Ammaönəmli olan həmin dönəmdən şərəfli şəkildə öztəhlükəsizliyinə və sabitliyinə zərər vermədən çıxmasıdır. Sabit və təhlükəsizolan dövlətdə hər bir vətəndaşın sosial rifahınıyüksəldəcək bütün addımlar alqışlanır vəonlar gələcəyə inamımızı daha da artırır. Builki büdcəmiz də hər zaman olduğu kimi,yenə də sosial yönümlüdür. Faiz nisbətlərinə baxdığımız zaman 33 faizindənçoxunun sosial sahəyə aid olması özü birhəqiqətdir. Səhiyyəyə gəldiyimiz zaman keçən illə müqayisədə bu il nisbətən artımvar. Bilirsiniz, postsovet məkanında səhiyyəyəqarşı iqtisadi baxışda sovet dönəmindən qalma bəzi məqamlar var ki, əfsuslar olsunki, onları düşüncələrdən silmək mümkün olmayıb.Bəlkə də səhiyyəyə iqtisadi baxışın səbəbindəndir ki, səhiyyəyə qarşı inam dünyanın bu şəkildə iqtisadi baxışı olmayan səhiyyə sistemlərinəgörə daha aşağıdır. Bu sadəcə Azərbaycanmisalı deyil. Bu, postsovet məkanının demək olar ki, 95 faizinin əsas problemidir”.

- Rəşad müəllim, səhiyyəyəolan inamı daha yüksəklərə qaldırmaq üçünhansı addımlar atılmalıdır?

- Səhiyyə nəticə etibarı ilə ölkənin sosial yönümlü siyasətinin ən vacib yerlərindən birini tutur. Çünki səhiyyə hər bir insanın ən çətin anında güvənə biləcəyi sahədir. Bəzən insanlar üçün çoxağır olur. Bilmirlər problemlərini düşünsünlər,yoxsa onun xərcini. Bu nöqteyi-nəzərdən əlbəttəki, 2015-ci ildən İcbari Tibbi Sığorta Agentliyinyaradılması, onun fəaliyyəti gələcəklə əlaqədar birmənalı düşüncələrimizi və inamımızıqoyan bir həqiqətdir. Amma var olan bu pilotlayihəsinin nəticələrini biz hələ görə bilməmişik. Yəqin ki, agentlik ilin sonundoğru bu haqda məlumatlar verəcək. Bu hadisələrəhansısa xəstəliyin ürək-damar xəstəliyi və yaxud uşaqlardakı xəstəliyi, qulağı eşitməyəninsanların qulaq problemləri və yaxud psixolojişəkildə yaxınlaşsaq, bu işin içindən çıxa bilmərik. Mənim şəxsi düşüncəm ondan ibarətdir ki, birmənalı olaraq bu işlərin dəyərləndirilməsi üçün səhiyyənin inkişafı üzrədövlət proqramının konsepsiyası yaradılmalıdır. Bu konsepsiyada səhiyyənin Sosial Müdafiə Fondunun problemi öz əksini tapmalıdır. Eyni zamanda konsepsiya səhiyyənin bu gün inkişafında problemlər varsa, bunun altındaqalan əsas səbəb nədir sualına cavab verməlidir. Bu sadəcə 6 illik tibb təhsil almaqdeyil və yaxud tibb təhsili alınırsa, biz tibb təhsilini tam şəkildə ala bilirikmi?Bunun keyfiyyətindən razıyıqmı? Yaxşı, keyfiyyətindənrazı deyiliksə, biz soruşaq bu gün büdcədə tibb təhsili üçün Tibb Universitetinəverdiyimiz büdcədə yer ayrılan rəqəmlər nə qədərdir? Bu sualların cavablarını tapdığımız zaman problemin həlli istiqamətində real işlər görülsə əlbəttə ki, Azərbaycansəhiyyəsinin bu günə qədər uğurlarının üzərinə yeni uğurlar əlavə edib və gələcəkdə daha inamlı bir sistemhalına dönüşdürə bilərik. Səhiyyədə dediyim inkişaf konsepsiyasının məqsədini mən bir daha açıqlamaq istəyirəm. Əfsuslar olsun ki, tibb işçisinin problemini iqtisadi baxışda bu gün fəaliyyət göstərən insanlaraanlatmaqda çətinlik çəkilir. Çünki sizə birrəqəm deyim. Bu gün Azərbaycan səhiyyəsindəayrılan büdcə içərisində adambaşına düşən gəlir 50-60 ABŞ dolları arasındadır. Rusiyadatəqribən 458 dollar, Almaniyada 4300 dollardır. Bu, adambaşına insan üçün bir iliçərisində büdcəyə atılan vəsaitdir. Xəstəliyi olan insanlar ondan istifadə edir.Siz deyə bilərsinizmi bizim tibbimizin səviyyəsinin və xidmətinin dərəcəsi Rusiyadanon dəfə zəifdir?

- Olar.

- Mən inanmıram on dəfə zəif, effektlikon dəfə aşağı olsun. Mənim Rusiyadan xəstələrim gəlir, burada əməliyyat olunurlar.Mən nə demək istəyirəm? Kosefekdivns deyilənbir beynəlxalq dəyər var. Bu nədir? Xərclənən pul və onun yaratmış olduğu təsir. Onun nisbətini həmişə səhiyyənin dəyərləndirilməsindəistifadə edin. Əgər kosefekdivns xərclənənvəsait və alınan effekt yönüylə o nisbətə görə qiymətləndirsə olsa, Azərbaycan səhiyyəsi dünyada ən qabaqcıl səhiyyələrdən biridir.

- Bəs səhiyyənin inkişafınanə problem yaradır?

- Mənə görə, ən başda hadisəyə doğrumaili baxışı lazımdır. Konkret deyirəm.

- Maili baxış bu vətəndaşlarıniçində formalaşmalıdır, ya yuxarıdan gəlməlidir?

- Bir çox ölkələrdə pablikhels menecer deyilən sistem var. Yəni ictimai səhiyyə menecerləri. Belə bir yüksək magistratura proqramlarını ölkələrdə açılmasınaehtiyac var. Bunun ən gözəl nümunəsi Qazaxıstandadır. 2005-ci ildə bu dövlət proqram qəbul olunduğu zaman dünya səhiyyə təşkilatlarınıntövsiyələrinə uyğun şəkildə onlar həmin fakültəni açdılar və həmin fakültənin inkişafı Harvard Universiteti tərəfindən saxlanıldı və bugün Qazaxıstan qısa müddət içərisində bizimkimi ölkələrə pablikhels menecerləri ixrac edən ölkə halına gəldi. Sadəcə bizim kimi postsovetməkanına deyil, Asiyanın bir çox ölkələrinə, Uzaq Şərqə. Bəzi məqamlar var ki, bunlarayaxınlaşmada mütləq bir şəkildə ana baxışınformalaşması və o yöndə təhsil proqramındaciddi dəyişikliklər etmək lazımdır. Bu günorta tibb persionalını yaradan tibb kolleclərində ciddi bir şəkildə tədris proqramında dəyişikliklər etmək lazımdır.Bu işdə həm də mütləq bir şəkildə dünyada qəbul olunmuş tibbinə güvəndiyimiz ölkələrintibb təhsilindəki nümunələri götürüb buraya gətirmək.

- Sizin bir planınız var,«Ürəkdən ürəyə». Bu planı niyə həyata keçirmirsiniz?

- Bəli, onunla bağlı planlar var.

- Mən istərdim «Ürəkdənürəyə» layihəsi barəsində də danışardınız. Bu reallaşsa nə baş verə bilər. Türkiyə-Azərbaycansəhiyyəsində bir yaxınlıqmı olacaq, yoxsa… Bu arada mərhum energetika naziriNatiq Əliyevin Türkiyəyə göndərilməsində sizin də mühüm rolunuz olub. Bu barədənə deyə bilərsiniz?

- Natiq müəllimin vaxtsız bir şəkildəhəyatını itirməsi təbii ki, hər bir azərbaycanlıüçün ciddi itki oldu. Həm həkim kimi, həm də millət vəkili kimi çıxışlarımda hərzaman qeyd edirəm ki, ürək-damar xəstəlikləri ölümün və əlilliyin bir nömrəli səbəbidir.Bu sadəcə bizim şəxsi düşüncəmiz deyil, dünyasəhiyyə təşkilatının da rəqəmlərinə,eləcə də Azərbaycan Səhiyyə Nazirliyinin rəqəmlərinə görə, Azərbaycanda 58,8 faiz insanın ölümünün səbəbiqan dövranı sistemi xəstəlikləridir. Natiq müəllimdə də bu xəstəlik bəlli bir mərhələdənsonra dərman müalicəsinə və heç bir cərrahi müdaxiləyə cavab verə bilməyən mərhələyəkeçmişdi. Əlbəttə ki, Türkiyə və Avropa tibbiilə əlaqələrimiz var, indi Rusiya ilə də əlaqələr qurulur. Ümumiyyətlə, beynəlxalqəlaqələri nə qədər çox istifadə etdiyin zaman var olan təcrübələri ölkəmizə gətirməkvə onların faydalı hissələrindən istifadə etmək imkanı olur. Mən uzun illər Türkiyə təhsil sistemində olduğumavə 15 il orda çalışdığıma görə Türkiyənin sistemini çox gözəl bilirəm. Səhiyyə sistemi,sığorta sistemi və onların tətbiqi proseduralarından ətraflı məlumatı olan biriyəm.Və o sistemin içərisində yaşamış və işləmiş biri olaraq əlbəttə ki, bizim dövlətimizüçün, yəni səhiyyə sistemimiz üçün Türkiyə modelindən nümunə götürərək onun üzərinə addımlar atmaq əlbəttə ki, var olan problemlərimizin həllində bizə çox böyük köməkedəcək. Bununla əlaqəli işlər də gedir. Bayaq dediyim kimi, universitetlər arasındaəlaqələr yaranır. Və bu qardaşlar arasındaolan münasibət ürəklər qarşılıqlı, yəni illərdi Türkiyə-Azərbaycan arasında olanqardaşlıq əlaqələrini düşünürəm ki, tibbsahəsində də çox böyük imkanlara çevirə bilərik. Bu gün bizim ətrafımızda olaninsanlar öz sağlamlıqlarını Türkiyə, İranvə Rusiya tibb işçilərinə həvalə edirlər. Bunlar içərisində imkana görə, əgər maddiproblem olmasa Türkiyə 1-ci yerdədir. Yənionu demək istəyirəm ki, əgər Türk səhiyyəsinə bu qədər inam varsa, onda biz butəcrübəni ölkəmizdə tətbiq etməliyik. Bütün bunlar isə gələcək tibbimizin inkişafınaböyük dəstək olacaq.

- Yerli həkimlərə güvənbarəsində danışdıq. Bütün bunlar nədən qaynaqlanırvə bunları necə aradan qaldırmaq olar?

- Mən, mənim təklif etdiyim konsepsiya bu problemlərin hamısının kökündəkiproblemi həll edir.

- Konsepsiyanı siz özünüzişləyib hazırlamısınz?

- Əlbəttə. Mənim işləyib hazırladığım bu konsepsiya bu gün dünya səhiyyə təşkilatının var olan konsepsiyasıdı. O, sistemin içərisinə yürüdüldüyü zaman avtomatikyüksək texnoloji tibbi xidmət əldəolunur. Burda məbləğ də önəmlidir. Və bu məbləğdən həkimin və tibb personalınınqazanacağı maaş, ordan tibbi təhsilin artırılmasına və elmin inkişafı üçün ayrılanrəqəmlər, onun içərisində yeni texnoloji innovasiyaların ölkədə tətbiqi yeralır. Həmin konsepsiya həm də qanuni olaraqklinik protokolları tənzimləyəcək.Şikayətçi ilə qarşı tərəfin arasında olanhadisənin tənzimlənməsində mühüm rol oynayacaq. Kliniki protokol deyilən sənəd ortadaolmadıqdan sonra şikayətçinin heç bir şəkildə şikayətini, problemini və yaxud ikincibir tərəf var klinik protokol olmadıqda həkim doğru gördüyü işin reallığını ortayaqoya bilmir. Əlimizdə bir baza olmalıdı ki,bu bazalar üzərində müqayisələr aparılmalıdır. Şikayət edənin də, şikayətçinində, şikayət olunanın da kimin haqlı olub olmadığını sadəcə bir həkim ekspert baxıb öz fikrini deyə bilər.Həqiqətən klinik protokol olmayan yerdə sadəcəümumi rəylər üzərində işlər qurulur.

- Belə hadisələr sizin dəbaşınıza gəlib?

- Əlbəttə. Əfsuslar olsun ki, busistemlər üzərinə məndə bir baza yoxdu. Mənimtəhsil sistemimin ümumiyyətlə Azərbaycanla əlaqəsi olmayıb. Reallıq odur ki, buproblemlər var və bizim düşündüyümüz və görüb-görmədiyimiz ciddi problemlər var.Çünki səhiyyə sadə bir iş deyil. Ən yüksək səviyyədə inkişaf etmiş ölkələrdə belə bu problemlər dilə gətirilir. Bugün Amerikada dünya tibbinin ən yüksək səhiyyə xidməti verilir. Amma orda da problemlərvar. Nəticə etibar ilə həkimin də, səhiyyə işçisinin də ən böyük arzusu bir insanakömək etməkdir. Bu kömək edən insan əlindəki imkana, potensialına, əlinin altındakıləvazimatına, almış olduğu tibbi biliyə və o biliyi yeniləmə potensialına görə onları birləşdirərək xəstənin qarşısına qoyabilir.

Məncə, biz bu gündən etibarən gələcəkkonsepsiyayla bağlı hadisədə Azərbaycanınvar olan potensialını gələcəkdə daha yüksəksəviyyəli ixtisasçıların və yürüyənsistemlərin, yəni gözəl xəstəxana tikərsən, gözəl xəstəxana ilə birlikdə gözəl həkiminolacaq, amma bu benzin olmayan maşın kimi fəaliyyətsiz olacaq. Onun üçün bu konsepsiyalarişlənib hazırlanmalı və həyata keçirilməlidir. Mən minlərlə əməliyyatı bölgədə eləyirəmsə, bu o deməkdir ki, bunun maddi-texniki bazası buna imkan verir. Astarada həkimlər böyrək əməliyyatını üç gün içərisindəhəyata keçirdilər. Ana böyrəyini qızına verdi. Rayon xəstəxanalarında bu olursa,bəs şikayətlərin səbəbi nədir? Azərbaycan tibbinin potensialı var - Maliyyə Nazirliyi,iqtisadçılar və Sosial Müdafiə Fondu və dəyərli tibb işçiləri birgə bu yöndəmüzakirələr aparmalıdır. Bu sadə bir müzakirədeyil. Bu konsepsiyanın yaradılması üçün əvvəla hamı dünya təcrübəsinin nə olduğunuortaya qoyub müzakirələrini bitirməlidir.

- Səhiyyədə təcrübə önəmlidir,yoxsa təhsil?

- Konkret hər ikisi də çox önəmlidir.Amma təhsili olmayan bir təcrübə çoxtəhlükəlidir. Amma təhsili sağlam olandansonra təcrübə də üst-üstə gəlir və bir-birlərini tamamlayırlar. Əgər bu gün bir insan 16-17 yaşında tibb təhsilinə başlayırsa, 6 illik tibb təhsiliortalama 23 yaşında rezentura proqramına başlayırsa, bu o deməkdir ki, ən ortalama 5 il içərisində 28 yaşında qurtaracaq. O, gecə-gündüz əməliyyatlardaolur və onun üzərinə də ortalama 4 illikbir təcrübə gəldikdən sonra 30 yaşlarındaartıq bir insan rahat bir şəkildə əməliyyat edəcək bir səviyyəyə gəlir. Ortalamao insanların özünü tanıtma işi isə gördükləri işə görə, 30-40 yaşlarında ortayaçıxır. Dünya praktikasında da bu belədi.

- Bizdə gənc şairlərbir-birini bəyənmədiyi kimi, səhiyyə sahəsində də yaşlı həkimlər gənc həkimləribəyənmir. Həm təhsil baxımından, həm təcrübə baxımından. Bəlkə elə problemin kökü bundadı?

- Bizdə fərqlidi. Hadisələri doğru müqayisə etdiyin zaman doğru qəraragələ bilərsən. İki cür fərqli dönəm var – sovet dönəmi, postsovet dönəmi. İki cürtəhsil var - sovet dönəmi olan və sovet dövründən sonrakı, xaricdəki və burdakı təhsil. Elə qol var ki, həminqol, əgər tibb təhsilindən sonra insanı bir il sonra kəndə göndərirdi ki, təcrübəqazan, bu qolda onun qazandığı təcrübə ancaq 60 yaşında normal nəticə verə bilirdi.Şükür Allaha, dövlətin qərarı ilə 2010-cuildən sonra rezentura proqramının başlanması bir gənc həkimə qətiyyən imkan vermirki, rayona göndərilsin. Bir gənc həkim ən güclü ixtisasçıları olduğu mərkəzdə 5illik təhsilini alandan sonra təkbaşına müdaxilə etmək üçün qərar vermək imkanıverilir.

- Bayaq siz qeyd etdiniz,anadangəlmə xəstəliklərin sayı da çoxdu. Elə dediyiniz ürək-damar xəstəliklərinin, qan dövranı xəstəliklərinin dəsayı çoxalıb. Bu, ümumi insanlarda olan stresdimi, yoxsa qida və digər amillər də buna təsir göstərir.

- Bu çox mültifaktoriyaldı. Qazanılmış ürək xəstəliklərinin artması səbəblərininiçərisində əlbəttə ki, qida, hərəkətsiz həyat, stress faktorları və bugünkü dünyanıngetdikcə təbiətdən uzaqlaşıb süni həyata dönürük. İş rejimlərimizin saatlarınınçoxalması, istirahət saatlarımızın azalması bu birmənalı olaraq qazanılacaq xəstəliklərinsayını artırır. Digər məsələ isə başqadır. O da anadangəlmə ürək qüsurlarında çoxlusayda artma var. Bunun artmasının səbəbi diaqnostikanın artmasıdı. Əslində öz halınaburaxdığımız zaman anadangəlmə qüsurların sayını artıran bir amil var. Süni mayalanmayolu ilə doğulan uşaqlarda göstərilib ki, ümumiyyətlə qüsurların sayı nisbətən artır.Əlbəttə son illərdə o da tibbin bir imkanıda ki, övladı olmayan insanı övlad sahibi edir. Əfsuslar olsun ki, normadan biraz daha çox qüsurlu olma ehtimalları var.

- Bəs bir həkim kimi siz özfəaliyyətinizi, sağlamlığınızı necə tənzimləyirsiniz?

- Orda subyektiv bir yaxınlaşma olduğuna görə, optimal bunu istifadə etməyəçalışırıq. Həm tibbi fəaliyyətim var, həm təhsil fəaliyyətim var, nəticə etibarıilə yanımda uzun illər rezentura proqramında olan insanlar var və onların ilkləriartıq yüksək balla imtahanlarını verərəksərbəst ürək cərrahı olma imkanı qazandılar.Əlbəttə bu işlərin hamısını görərkən, ailə və övladların qarşısında olan məsuliyyətini nəzərə alaraq onlara da zamanayırmaq lazımdır. Maksimum dərəcədə öz sağlamlığımı qorumağa çalışıram.

Ədil Ədilzadə