adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Aprel 2019 16:23
26248
ƏDƏBİYYAT

Repressiyaya qurbanının həyatı kitabda

" Mən ondanmüsahibə alanda o artıq bəraət qazanıb Azərbaycana qayıtmışdı, yaşı doxsanayaxın olardı və təqaüdə də çıxmışdı. Çox təəssüf hissi keçirdiyini bildirsə də,artıq çox gec idi. Onun adı Azərbaycan tarixində Xalq Cümhuriyyətininparlamentində cəsusluq edən bir qadın kimi qalmışdı. "

Müsahibimiz mətbuattarixi tədqiqatçısı, Əməkdar jurnalist Qərənfil Dünyaminqızıdır. Onunla "XX əsrin 30-cu illərində AzərbaycandaRepressiyaya məruz qalmış qadınlar " mövzusunda söhbətləşdik.

- Repressiyayaqurban gedən qadınlar sırasında hansı şəxslərin adı Azərbaycan tarixinə böyük hərflərləhəkk olunub?

- Bu dövrdə birçox ziyalı xanımlarımız repressiyanın qurbanı oldu. Məsəl üçün, Məryəm Bayraməlibəyova,Mədinə Qiyasbəyli, Ayna Sultanova,Ceyran Bayramova və digərləri.. Lakin bu xanımların bəziləri - AynaSultanova, Ceyran Bayramova bolşevizmideologiyasını qəbul edən və ölkə ərazisində bunu təbliğ edən xanımlar idi.Ayna Sultanovanın həyat yoldaşı Həmid Sultanov da sovet dövründə fövqəladəkomissiyanın sədri idi. Onların hər ikisi bolşevizmin təbliğatını aparan,Sovetlərin Azərbaycanı işğal etməsində böyük rolu olan şəxslər olublar. MəryəmBayraməlibəyova isə bu ideologiyanı qəbul etməyən bir pedoqoq idi. Məryəmxanımı ona görə həbs etdilər ki, o Xalq Cümhuriyyətinin qurucularından olangeneral rütbəli Məlik Yeqarovla ailə həyatı qurmuşdu. Əvvəlcə həyat yoldaşını həbsetdilər, sonra Məryəm xanımı da həbs edib sürgünə göndərdilər. Üç övladını isə əlindənalıb kimsəsiz uşaqlar evinə verdilər.

Dövrünün tanınışpublisisti olan Seyid Hüseynin həyat yoldaşı, dövrünün tanınmış şairəsiÜmmügülsüm Sadıqzadənin adını da nümunə gətirmək olar. Seyyid Hüseyni həbsetdikdən sonra Ümmügülsüm Sadıxovanı da həbs etdilər. Təbii ki, onunyaradıcılığındakı istiqlalı, müstəqilliyi təbliğ edən mövzulardan başqa, M.Ə.Rəsulzadənin əmisi qızı olması daona qarşı təzyiqlərin artmasına zəmin yaradırdı.

- Repressiyaya məruzqalan bu qadınlardan ən faciəvi, dəhşətli həyat yaşayanlar kimlər olub?

- Təbii ki,hamısı faciəli həyat yaşayıblar. Hamısı həbs edilib, təhqirlərə, təqiblərə məruzqalıblar. Onlara həbsxanada, sürgündə dəhşətli işgəncələrlə əzab veriblər. Ammamən tələbəlik illərində oxuduğum xatirələrə, Şükriyyə xanımın, Ceyran xanımındanışdıqlarına və müsahibələrə əsaslanıbdeyə bilərəm ki, ən faciəvi repressiya qurbanı məhz Əhməd Cavadın həyat yoldaşıŞükriyyə xanım olub. Ə.Cavad həbsindən sonra Şükriyyə xanım da həbs olunaraqsürgün edildi. O danışırdı ki, sürgün zamanı uzun müddət qatarla yol gedirlər.Vaqonlarda onlarla yanaşı heyvanlar da aparırlarmış. Vaqondakı üfunət, çirkab,havasızlıq onları lap pis vəziyyətə salırmış.

Şükriyyə xanımınyaxınlarının qeydlərinə görə o, paltarını çirkaba, ayaqyoluna sürtüb geyinirmişki, ona heç kəs yaxın düşə bilməsin. O, Əhməd Cavadın namusunu elə qoruyub-saxlayıb. Şükriyyə xanım Ceyran Bayramova ilə sürgündə bir yerdə olublar.

Qeyd edim ki,onlar fərqli xarakterə məxsus insanlar idi. Ceyran xanım Azərbaycan XalqCümhuriyyəti dövründə parlamentdə işləyən ilk azərbaycanlı xanım olub. Lakinuzun illər sonra arxivlər açıldıqdan sonra bəlli oldu ki, Ceyran xanımparlamentdən bolşeviklərə cəsusluq edirmiş. Sovet ordusu Azərbaycanı işğal edəndənsonra Ceyran xanım bir sıra vəzifələrə təyin olunsa da, 1937-ci ildə həbsedilib, 1938-ci ildə Şükriyyə xanım ilə birgə sürgün edildi.

Mən ondanmüsahibə alanda o artıq bəraət qazanıb Azərbaycana qayıtmışdı, yaşı doxsanayaxın olardı və təqaüdə də çıxmışdı. Çoxtəəssüf hissi keçirdiyini bildirsə də, artıq çox gec idi. Onun adı Azərbaycantarixində Xalq Cümhuriyyətinin parlamentində cəsusluq edən bir qadın kimiqalmışdı.

- Repressiyadövründə baş verən hadisələr haqqında kifayət qədər sənədlər, sübutlar var. Bəsheç bir rəsmi mənbəyə əsaslanmayan müxtəliftəzyiqələr, təcavüzlər barədə məlumatlar necə əldə edilib?

- Məlumatlar yayılırdı. O zaman bəraət verilsə də, insanların canında 1937-ci ilin xofu var idi.Bu səbəbdən heç kim yaza bilmirdi. Onagörə də həbs olunanlar, sürgündən gələnlər, onların yaxınlarından sağ qalanlarneçə illər sonra, 1988-ci ilin sonu, 1990-cı illərdə danışdılar. Hansı ki,başlarına gələnlər xatirə kimi yazılmışdı, lakin dərc eləməyə qorxurdular ,onlar tapıldı. Beləliklə hər şey aşkara çıxdı.

- Azərbaycanınmilli mücadiləsində də önəmli rolu olan repressiya qurbanı olmuş qadınlar olub.Əgər onlar Repressiyaya məruz qalmasaydılar, tarixdə hansı dəyişikliklər başverərdi?

- Repressiyaqurbanı olan qadınların böyük əksəriyyəti oxumuş, savadlı qadınlar idi. Mədinəxanım Qiyasbəyli ilk Azərbaycanlı xanım musiqişünas (pionina ifaçısı) idi. HəmçininMəryəm Bayraməlibəyova Lənkəranda qız məktəbini açanlardan olub. Və digərqadınlar da bunlara bənzər işlər görüblər. Yəqin ki, onlar sağ qalsaydılar, Azərbaycandamaarif, mədəniyyət, səhiyyə sahəsində çox böyük işlər görərdilər.

- Repressiyadövründə həbs olunan, sürgün olunan Azərbaycanlılara qarşı təcavüzlər, təhqirlər,zorakılıqlar xüsusi olaraq "yuxarıların" göstərişi idi, yoxsa bu çarəsizlikdənsui-istifadə edirdilər?

- Yenə də Ceyranxanımdan, Şükriyyə xanımdan aldığım müsahibələrə, oxuduğum xatirələrə əsaslanıbdeyə bilərəm ki, bu prossesdə azərbaycanlıların da rolu az olmayıb. Təbii ki,bütün ölkə mərkəzdən idarə edilirdi.Burda səlahiyyətli şəxslər tapşırıqları həyata keçirirdilər. Lakin o qadınlaraki, elə əzab verilirdi, onların şəxsiyyəti alçaldılırdı, bütün bunlar tək-tək mərkəzdəntapşırılmırdı. Düzdü, rəhbərlik milliyyətcə ruslar, ermənilər, gürcülər, yəhudiləridi. Azərbaycanlılar az idi. Amma buna baxmayaraq idarəçilikdə azərbaycanlı olanlar dasanki insanlıqlarını itirmişdilər.

Məsələn, ƏliheydərQarayev. Bolşeviklər ona ən yüksək hərbi rütbə vermişdilər. Hərbi libasınınboyunluğunda hər tərəfdə dörd romd vardı, bu da general rütbəsinə bərabər idi.O, özü həbs edilib güllələnənə kimi həbs, sürgün olunanların çoxu onun"xeyir-duası" ilə cəzalandırılırdı. Və yaxud, Fövqəladə komissiyanınsədri Həmid Sultanov Gəncədə bolşeviklər əleyhinə qalxan üsyanı yatırmaq üçüngöndərilir və üsyanı yatırır. Sonra Bakıya gəlir və Bakıda iclasda fəxrlə deyirki, Gəncədə bir başıpapaqlı adam qoymadım.

Yəni bütün buolanları kimlərinsə üstünə atmaq da olmaz.

- ƏhmədCavadla Mir Cəfər Bağırov əvvəllər yaxınolublar, hətta Bağırov Əhməd Cavadın evinə bir neçə dəfə qonaq gedib, Şükriyyə xanım ona süfrə açıb. Sizcə Ə.Cavad güllələnəndən sonra Şükriyyəxanıma olan zorakılığa M.C.Bağırovun səssiz qalmasına səbəb nə idi ?

- Təbii ki,bunun birbaşa vəzifə ilə də əlaqəsi var.Bəzən isə deyirlər ki, Bağırovun bu işlərdən xəbəri olmayıb. Kommunizm dövründəölkə daxilində baş verən hadisələrdən onun xəbər tutmaması mümkünsüz idi. Onunda razılığı olmadan Şükriyyə xanımı həbs edə bilməzdilər.

- XX əsrin əvvəllərində çıxan mətbu orqanlar bu yaşananlara necəmünasibət bildirirdilər?

- Məsələn,"İnqilab və mədəniyyət", "Hücum" jurnalları, "Ədəbiyyat","Kommunist" qəzetləri repressiyanı alqışlayan mətbu orqanlar idi.

1930-cu illərə qədəraprel işğalına, bolşevizmə qarşı çıxan, sözünü deyən mətbu orqanlar, yazarlarvar idi. Lakin 1930-cu ildən sonra onlar da susduruldular.

Rəhman Mirzəlizadə

Fehruz Rza, ÜmüdOruc

BDU-nunjurnalistika fakültəsi tələbələri