adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
24 Iyun 2020 09:44
14461
GÜNDƏM

RƏMİŞİN HÜQUQŞÜNAS ATASI BAŞ HƏKİM OLMAQ İSTƏMİŞDİ

Rəmişin atası Abdal Hüseyn (Hüseyn Hüseynov) Qarabağın saytal kişilərindən biri idi. Hərkişi onun sözünün qabağınasöz çıxara bilməzdi. Kəsəsi, dediyi dedik idi. İxtisasca hüquqşünas idi, bir neçərayonda da prokuror işləmişdi.

Prokurorluq orqanlarındançıxandan sonra bir müddət işsizqalmışdı.

Bir gün gedir Katibinyanına ki, mənə iş ver. Katib dəand içir ki, bu dəqiqə rayonda ona uyğuniş yoxdu.

- Niyə, qlavvraç yeri boşdu,qoy məni ora.

Katib təəccüblə deyir:

- Hüseyn müəllim, sən hüquqşünassan mən səni necəqlavvraç qoyum?

- Qlavvraç guya həkimlik eləyirki? Oturub kabinetdə sənədləriqollayıb möhürləyir də. Mənim dəqolumdan gözəl qol rayonda heç kimdə yoxdu.

Katibi gülmək tutur:

- Hüseyn müəllim, gəl belə edək. Səni göndərim öz kəndinizə,Abdal-Gülablıya sovxoz direktoru. O qəşəng imzanı da ordakı sənədlərə at.

Abdal Hüseyn razılaşır vəömrünün sonunadək Abdal-Gülablıdakı sovxozadirektorluq elədi. Yeri behişt olsun.

İndi ən gözəl vəzifərespublikanın «qlavvraçı» -səhiyyə naziri olmaqdı.

Otur kabinetdə, xətiri xətir, hörməti hörmət, hələ üstəlik maaş da verirlər.

Və respublika Səhiyyə nazirinin maaşınıhələ ki Oqtay Şirəliyev alır.

P.S. Səhiyyənazirinin vəzifəsi ilə bağlıyadıma bir hadisə də düşdü. Onuayrıca yazım.