adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Sentyabr 2017 15:33
45993
MƏDƏNİYYƏT

RƏMİŞİN AŞIQ ƏDALƏTDƏN BİR XATİRƏSİ

Rəmiş Ağdamda toydaymış,toyun şirin vaxtı kimsə «Yanıq Kərəmi» sifariş verir. Rəmiş uyub özuyçün , Kərəmləbirlikdə düşüb Əslinin arxasınca. Çalır,çalır, çalır… birdən özünəməxsus bir ədayla gitaranı atır bir tərəfə, oturur maşına, ağdamlılar demiş, üzü Güləbədinə, düzQazaxa, təxminən 220 kilometr.

Nəhayət, çatır Qazaxa,maşını sürür düz Aşıq Ədalətin qapısına.Darvazanı döyür, Aşıq Ədalət çıxır, görür Rəmiş.

- Ayə, ay qıvlasız,xeyirdimi?

Rəmişqolundan tutub oturdur maşına:

-Otur, otur!

Sonrasürür Qarayazı meşəsinə. Deyir:

-Ustad, Kərəmi Ağdamda yana-yana qoymuşam, nə qədər elədim söndürə bilmədim. BirYanıq Kərəmi çal, Kərəm də sönsün, mən də.

AşıqƏdalət başını bulayıb deyir:

-Ayə, sazı götürməmişəm axı?!

-Ə, sazsız səni neynirəm, niyə götürməmisən?

AşıqƏdalət gülüb deyir:

-Ayə, eşitməmisən, dəli dəlini görəndə dəyənəyin yanına sıxar?!

Təbiiki, Ədalət əmi «yanına» demir, mən belə yazmaq zorundayam.

Birdəfə də Rəmişdən soruşurlar ki, ay Rəmiş,toyda bu «Yanıq Kərəmi» oynayırlar ey, buna nə təhər baxırsan?

Rəmiş:

-Çalan elə çalır. Oğul istəyirəm görüm, Ədalətəmi çalanda oynaya bilərmi?

Rəmişmənə (bir az da məndən küsüb) zəng edib dedi ki, bəs Ədalət əmi rəhmətə gedib, ustadınailəsinə mənim adımdan qəzetdə bir başsağlığı ver.

Məndə başsağlığını Rəmişin adından belə verdim.

AşıqƏdalət və Rəmiş dastanı barədə yaxın nömrələrdə.