adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
06 Mart 2024 15:32
2151
MƏDƏNİYYƏT

Rejissor yeni qurum yaratdı - Kino Sənayəsenin İnkişafı

Rejissor Orxan Mərdan yeni birlik yaratdı.

Adalet.az xəbər verir ki, rejissor bu barədə öz sosial şəbəkə hesabında yazıb. O, qurumun əsas məqsədini açıqlayıb.

"Kino ilə bağlı bütün mövcud problemlərin həlli yollarını axtarmaq, kino işçilərinə dəstək olmaq, dövlətlə kino adamlarının arasında körpü rolunu oynamaq, Azərbaycan kino işçilərinə hörmət olunmasını təmin etmək və ən əsası, Kino Sənayesini İnkişaf etdirmək yolunda belə bir qurum təsis etmişəm. Əsas qayələrdən biri gələcəkdə buranı fondlaşdırmaq və istehsalı müəyyən qurumların asılılığından azad etmək, istehsalçını güc sahibinə çevirməkdir.

Kinoteatrlar da Azərbaycan istehsalçısına yuxarıdan aşağı baxmamalı və onlarla xarici istehsalçılarla hansı müstəvidə işləyirlərsə, elə davranmalıdırlar. Bununla bağlı yeni mərhələyə başlayırıq, daha geniş məlumat verəcəm.

Qısası, əziz gənc kino fədailəri, İttifaqlar ayrılar da, birləşər də, onlar ağsaqqallar şurasıdır. Özləri üçün kino adına bir dünya qurublar və o dünyalarında susaraq yaşayırlar. Ola bilər ki, hətta kimlərisə bəyənməz, yaxına buraxmazlar.

Ona görə də qəti narahat olmayın, Bizim özümüzün keçmişə, qorxaqlığa, asılılığa deyil, gələcəyə, qələbəyə və ən əsası, inkişafa hesablanmış ictimai birliyimiz var. Yaxın gələcəkdə Milli Kino Mükafatı da təsis edəcəyik".

 

Emin