adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
02 Sentyabr 2016 12:29
33564
HÜQUQ

Referendum zamanın tələbidir

Sentyabrın26-da keçiriləcək referendum seçkilərinə hazırlıq prosesləri davam edir. Xalqınreferendum aktını təsdiq edəcəyi halda idarəçilik formatının ölkə üçün uğurlumodel olacağı bəyan edilib. Konstitusiyada bəzi dəyişikliklərin edilməsibərqərar olarsa gələcəkdə hansı gözləntilərlə qarşılaşacağıq?

Prezident İlham Əliyev "Azərbaycan RespublikasınınKonstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsininrəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında sərəncamimzalayıb. Bununla bağlı metbu orqanlara hüquqşünaslar və millət vəkilləriobyektiv və optimist fikirlər bildiriblər. Ən əsası isə yeni müddəlartın dünyatəcrübəsinə arxalandığı ilə bağlı fikirlər də mövcuddur. Bunun əhəmiyyətliolacağı şübhə doğurmur.

Dəyişikliklərə əsasən dövlət başçısı Milli Məclisi buraxmaqsəlahiyyətinə də malik olacaq, prezident seçilməklə bağlı 35, deputatseçilməklə bağlı 25 yaş məhdudiyyəti aradan qaldırılacaq, prezidentlik müddəti5 ildən 7 ilə qaldırılacaq, baş nazir postu ləğv ediləcək, əvəzinə birincivitse-prezident və vitse-prezidentlər təyin olunacaq. Qeyd edək ki,konstitusiyaya dəyişikliklərlə bağlı layihə iqtidar və müxalifətdüşərgəsində fərqli qarşılanıb. İqtidaryönlü siyasi xadimlər layihəniAzərbaycanın inkişafı baxımından mühüm islahatlar kimi dəyərləndirsələr də,müxalif düşərgədə bu, prezident hakimiyyətinin möhkəmləndirilməsi vəhakimiyyətin bir əldə cəmləşdirilməsi kimi qiymətləndirilib.

"Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünasƏliməmməd Nuriyevin sözlərinə görə yenilikölkənin siyasi idarəçilik həyatındamüsbət dəyişikliklərə gətirib çıxaracaq. Əliəhməd Nuriyev I vitse-prezident vəvitse prezident vəzifələrinin rəsis edilməsi məsələsinə də ayrıca toxunub. O yeniliyətənqidi yanaşmaq yox, əksinə ölkədə siyasi sistemə dəyişikliklər kimi baxılmalıolduğunu bildirib:

"Dünyanın bir çoxölkələrində vitse-prezident hətta lazım olduğu müddətcə prezidentinsəlahiyyətlərini də icra edir. Bu baxımdan Azərbaycanda da ABŞ modellivitse-prezident institutu təsis edilsə daha uğuru olar.I vitse-prezidentə birbaşa olaraqbaş nazirin səlahiyyətləri də verilsə, daha effektli nəticələr verər”.

Əliməmməd Nuriyev deyibki, vitse-prezident vəzifəsi ölkə prezidentinin öz səlahiyyətlərinipaylaşdırması şəklində icra olunacaq.

Mütəxəssislər həmçininreferendum aktına görə baş nazir postunun ləğv olunmasını da məntiqli hesabedirlər. Ümumi rəyə görə, istənilən halda bu vəzifələrin təsis edilməsi çevikidarəetməyə imkan verən iqtisadi və sosial islahatlar dövründə əhəmiyyətliaddımlar olacaq. Vitse-prezident, I vitse-prezident vəzifələrinin icrasıprezidentə məxsus vəzifə və səlahiyyətlərin paylaşdırılması prinsipi əsasındahəyata keçiriləcək. I vitse-prezident və vitse-prezidentə zamanla baş nazirvəzifəsinin səlahiyyətləri də verilə bilər. Bütövlükdə ölkədə icra hakimiyyətiprezidentə məxsusdur. O, da öz səlahiyyətlərini hansı formada kimlərə verəcəksəo formada da icra olunacaq.

Ekspert YadullaQuliyev bildirib ki, yeni yaradılacaq vitse-prezidentlik vəzifəsi dövlətorqanlarını, idarəetmə strukturlarını və xarici siyasət idarələrini kurasiyaedə biləcək:

"Ola bilsin ki,vitse-prezident və I vitse-prezident vəzifələri olan şəxslərə sonradan müəyyənadministrativ səlahiyyətlər də verilsin. Yəni vitse-prezident və Ivitse-prezident vəzifələrini icra edəcək şəxslər kuratorluq formasında onlaraveriləcək müvafiq sahələri kurasiya edəcəklər. Buraya beynəlxalq diplomatikəlaqələrdən tutmuş daxili inzibati idarəçiliyə qədər məsələlər daxil olacaq”.

Millət vəkili FəzailAğamalı seçkilərin üstün gələcəyi təqdirdə ən vacib doğuran gözləntilərivurğulayıb. O bildirib ki, 26 sentyabr referendumu idarəçilik sisteminisadələşdirəcək. F.Ağamalı onu da diqqətə çatdırdı ki, vitse-prezidentlərinstitutunun yaradılması tam yeni bir yanaşmadır: "Bəzi ölkələrdə yalnızvitse-prezident var. Lakin təklif olunan variantda birinci vitse-prezident vəvitse-prezidentlər var. Bu, artıq idarəçiliyin tamamilə yenidən qurulmasıdeməkdir”.

Azərbaycanda sentyabrın 26-da keçiriləcək ümumxalqsəsverməsindən ( referendum) sonra beynəlxalq təşkilatlarınmövqeyinin necə olacağı maraq doğurur.

Hakim YeniAzərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat SiyavuşNovruzovmətbuata açıqlamasında deyib ki, ölkədəseçkilər hərzaman şəffaf keçib:

"Bir sıraqurumlar var ki, seçki məsələsinə qərəzli yanaşırlar. Azərbaycandan aşağısəviyyədə keçirilən seçkilərə həmin təşkilatlar çox yüksək səviyyədə rəyverirlər. Halbuki, tamamilə ədalətsiz şəkildə mövqe nümayiş etdirirlər.Azərbaycanda keçirilmiş azad seçkilərə başqa rəy verirlər. Halbuki,Azərbaycanda hər zaman azad, demokratik, şəffaf seçkilər keçirilib.Onsuz da, budəfəki referendumlabağlı da heç bir gözləntimiz yoxdur. Bizə onların fikirləri maraqlı deyil.Bundan başqa, qruplar var ki, müşahidə aparmaq hüququna malikdirlər. Müşahidə aparıb öz fikirlərini deyəcəklər”

Rüfət Soltan