"Recep İvedik 4"ün aktyoru intihar etdi

"Youtube”da yayımladığı videoları ilə tanınan bloqçu və "Recep İvedik 4” filmində çəkilən aktyor Cem Korkmaz intihar edib.
Adalet.az Türkiyə mediasına istinadən xəbər verir ki, Korkmazın cəsədi yaşadığı evdə tapılıb. Cemin dostlarından biri telefonlarına cavab vermədiyi üçün aktyorun evinə yollanıb. Qapının açılmadığını görən şəxs dərhal polisə məlumat verib. Evə daxil olan zaman isə Korkmazın cəsədi ilə qarşılaşıblar. Cemin cəsədi tibbi ekspertizaya göndərilib. Aktyorun hansı səbəbdən intihar etməsi bilinmir.
Qeyd edək ki, C.Korkmazın intiharı xəbərini yumorist Cem Yılmazın qardaşı Can Yılmaz yayıb.