adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
21 Aprel 2015 15:42
73870
MÜSAHİBƏ

“Reallığı gizlədirik”- Rasim Məmmədov - Müsahibə

"Sabitlik vəİnkişaf Mərkəzi"nin İdarə heyətinin sədri və Dünya Azərbaycanlılarının MədəniyyətMərkəzinin birinci vitse-prezidenti Rasim Məmmədovun Adalet.az-a müsahibəsi

-Rasim müəllim,qondarma erməni soyqırımının 100 illiyi yaxınlaşdıqca Roma papası bəyanatverdi. Ardınca Avropa Parlamenti qətnamə qəbul elədi. Sizcə, bu bizim fəaliyyətimizinzəifliyidir, ya necə?

-Bu bizim fəaliyyətimizinzəifliyi yox, bizim güclü olduğumuzun, fəaliyyət siferamızın genişlənməsiningöstəricisidir. Roma Papası bəyanatı ilə sanki itmiş nüfuzunu bərpa etmək istəyir.Papa bu bəyanatı ilə xristian-müsəlman qarşıdurması yaratmaq niyyətini güdür.Eyni zamanda Türkiyəni içəridən qarşıdırmaq məqsədi daşıyır. O, dünyaya bəyanedir ki, mən nə desəm Avropa Parlamenti də onu deyəcək. Bu da özünü göstərdi.Roma papasının bəyanatından bir neçə gün sonra heç bir tarixi araşdırmaaparılmadan, heç bir arxivlər açılmadan Avropa Parlamenti qətnamə qəbul etdi.Bu onu göstərir ki, Avropa Parlamenti ədalət prinsipi üzərində qurulsa da əslindəonların fəaliyyətləri kağız üzərindədir. Avropa Parlamenti də bu qətnaməni qəbuletməklə öz nüfuzuna xələl gətirmiş oldu. Bir məsələyə də diqqət yetirək. Artıqdünya liderləri arasında elə münasibət qurulub ki, indi bütün simalar cırılıb.Liderlər bir-biri ilə elə tərzdə danışırlar ki, bu davranışlar özlüyündə dünyasiyasətinə təsir edir. Küçə sözləri ilə bir-birinə müraciət edən liderlər üçünhaqq-ədalət bir kənarda qalıb. Onlar öz şəxsi mənafeyindən çıxış edirlər. ArtıqAvropada bir itin hüquqları insanların hüququndan öndə gəlir. Belə olan haldaavropalı Xocalı və digər müsəlman ölkələrində baş verən soyqırımları necə qəbuledə bilər?

Ancaq bu kimi bəyanatlaristər Türkiyədə, istərsə də Azərbaycanda sabitliyi pozmamalıdır. Xalq özü bu məsələdəaktiv olmalı, dövlətin yanında olmalıdır. Çünki bu çamur xalqa və dövlətə qarşıatılmış addımdır.

-Rasim müəllim,bu yaxınlarda İsveç Parlamentində azərbaycanlılara qarşı ermənilər tərəfindənsoyqırımı aktlarının törədilməsi ilə bağlı konfrans keçirmisiniz. Bu barədədanışardınız...

-Biz aprelayının 14-də Stokholmda Azərbaycan Kültür Cəmiyyəti, Höteborqda Azərbaycan TürkBirliyi Dərnəyinin təşkilatçılığı ilə belə bir konfrans keçirdik. Tədbirdə əsasməruzəçi qismində mən, Türkiyənin Giresun Universitetinin rektoru Aygün Attar,Güney Azərbaycan Konqresinin rəhbəri və "Qarabağ" Cəmiyyətinin təsisçisiAbdulla Amir Haşimi, İsraildən tədqiqatçı-jurnalist Arye Qut, AzərbaycandanAvropa Azərbaycan Cəmiyyətinin Azərbaycanşünaslıq Mərkəzinin rəhbəri, professorKərim Şükürov və Kanadadan tədqiqatçı jurnalist Oğuz Türk çıxış ediblər. A. QutXocalı soyqırımının dünyada tanıdılması ilə bağlı çıxış edərək, Azərbaycan dövlətininbu istiqamətdə uğurlu siyasət həyata keçirdiyini deyib. O, İsrail prezidentininBMT-dəki çıxışında Xocalı faciəsini soyqırımı aktı kimi qəbul etməsi barədəfikirlərini xatırladaraq, bu amilin faciənin tanıdılması baxımından mühüm əhəmiyyətkəsb etdiyini diqqətə çatdırıb. A. Qut Heydər Əliyev Fondunun vitse-prezidentiLeyla Əliyevanın təşəbbüskarı olduğu "Xocalıya Ədalət" Kampaniyasınıxüsusilə vurğulayıb. Professor Kərim Şükürov 31 mart tarixinin azərbaycanlılarınsoyqırımı günü kimi dünyada tanıdılmasının vacibliyi barədə danışıb. O, Azərbaycanındünyada tanıdılması istiqamətində həyata keçirdiyi işlərin anti-azərbaycan dairələriniciddi narahat etdiyini deyib, hətta erməni diasporunun da bu uğurlu fəaliyyətiqeyd etdiyini bildirib. Aygün Attarın çıxışı isə əsasən azərbaycanlılarınsoyqırımı, qondarma "erməni soyqırımı"nın qəbul edilməməsi istiqamətindəAzərbaycan diasporunun fəaliyyəti ilə bağlı olub. Bundan başqa, Əsir və itkindüşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçiQrupunun rəhbəri Firudin Sadıqov, Azərbaycan Milli QHT Forumunun prezidentiRauf Zeyni, həmçinin "EuroAz" televiziyasının təsisçisi Cavad Derəxtidə müzakirələrə qatılıblar. Müzakirələrdə Azərbaycan dövlətinin diaspor siyasəti,Azərbaycanın dünyada tanıdılması istiqamətində həyata keçirilən fəaliyyət qeydolunub, Azərbaycanın regionda rolu, inkişafı diaspor iştirakçılarının diqqətinəçatdırılıb. Sonda İsveçin siyasi partiyalarına etiraz müraciəti qəbul olundu.Müraciətdə Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, Ermənistanın regiondaapardığı təcavüzkar siyasətə biganə yanaşmaya etiraz edildi.

-Əsasiştirakçılar kimlər idi?

-Bir məqamıdeyim ki, Stokolumda təşkil olunan tədbirdə İsveçdə olan səfirimiz üzürlü səbəblərəgörə iştirak edə bilmədi. Sonradan biz cənab səfirimizlə də görüşdük. Əslindəbu kimi tədbiri keçirməklə biz İsveçdə yaşayan Türk və azərbaycanlılarınbirliyinə nail olmaq, türk birliyinə qarşı aparılan ikili standartlarda birgəaddım atmasını reallaşdırmaqdan ibarət idi. Müəyyən qədər buna nail olduq.Keçirdiyimiz görüşlərdə bu və ya başqa istiqamətdə apardığımız danışıqlarda,ictimai diplomatlar kimi qarşıya qoyulan məqsədlərə nail olduq. Tədbirdəiştirakçılara gəlincə həmin tədbirdə təm Azərbaycan, həm Türkiyədən olan cəmiyyətsədrləri iştirak edirdi. Bununla yanaşı İsveç ictimayyətində kifayət qədərnüfuzu olan siyasi partiyaların nümayəndələri var idi.

-Diaspora sahəsindəmövcud vəziyyəti necə dəyərləndirərdiniz?

-Bir şeyi etirafetmək istəyirəm ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən səpilmişdiaspora toxumları müstəqillik əldə edilənə qədər cücərmişdi. Son vaxtlar isəbu sahədə vəziyyət bərbaddır. Biz reallığı gizlədirik, düz söz deməyə çəkinirik.Düşünülmüş şəkildə elə vəziyyət yaradıblar ki, onları birləşdirmək, gücləndirməkdirçətindir. Bu gün Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr Azərbaycandövləti barəsində yalan məlumat yayırlar. Guya Azərbaycanda insan haqlarıpozulur, demokratik dəyərlərə əməl olunmur. Ancaq biz onlara bəyan edirik ki,Azərbaycanda bu kimi vəziyyət yoxdur. Azərbaycanda milli mənəvi dəyərlərinsanların normal yaşamasına, insanların sosial rifah halının daha da yüksəldilməsinəxidmət edir. Baxın bu gün dünyanın bütün yerində müharibələr gedir. Azərbaycandaisə sabitlik hökm sürür. Bunun özün milyon yox milyardlarla dəyər deməkdir. Bugün bir vətəndaş olaraq səhər tezdən evdən çıxış axşam evə rahat şəkildə,salamat gələ biliriksə, bu, özü bir xoşbəxtlikdir. Bu, bizim dövlətin yaratdığışəraitin göstəricisidir. Ancaq bəziləri bunu başa düşmür. Bəzi qərb yönümlüQHT-lər xaricdə Azərbaycan əleyhinə kompramis fikirlər yürüdürlər. Çox təəssüfki, qərbin bu kimi mexanizmində iştirak edənlərin böyük əksəriyyəti "sapıözümüzdən" olan baltalardır. Onlar dərk etmirlər ki, qazanılan uğur ancaqbizim xeyrimizədir. Azərbaycanımızı dünyaya tanıtmaq üçün gözəl vasitədir. Biz əldəolunan bu nəaliyyətlərimizitanıtmalıyıq. Heydər Əliyev ideyalarını dünyaya tanıtmalıyıq. Belə olantəqdirdə dünya özünü Azərbaycanın ideyalarına sadiqliyini göstərəcək. Müsəlmanmüsəlmanı qırır. Bunu edənlərin kimliyinə baxanda aydın olur ki, bu kimi işlərihəyata keçirənlər müsəlmanları gözü götürməyən qüvvələrdir. Bunun qarşısınıalmaq üçün ictimai-siyasi maarifləndirmə işi həyata keçirilməldir.

-Yeri gəlmişkən,Türkiyədə də tədbir keçirməyi nəzərdə tutmusunuz?

-Türkiyədəümumilli lider Heydər Əliyevin anadan olmasının 92-ci il dönümü münasibəti iləmayın 4-dəKahramanmaraş şəhəri Südçü İmam, mayın 5-də isə Ərciyə UniversitetindəDAMM ve ZAUM İB-nin təşkilatçılığı ilə tədbir keçiriləcək.

Ədil Ədilzadə