"Real"ın ulduz futbolçuları Ançelottinin istefasını tələb etdilər
"Real" "Santyaqo Bernabeu" stadionunda keçirdiyi son iki matçda məğlub olub.
Adalet.az xəbər verir ki, komanda “Barselona”ya (0:4), “Milan”a (1:3) hesabı ilə uduzub.
"El Gol Digital"ın yaydığı məlumata görə, komandanın zəif nəticələri fonunda baş məşqçi Karlo Ançelotti futbolçular üzərində nəzarəti itirib.
“Real”ın bir sıra ulduz futbolçuları baş məşqçinin istefasının lehinə danışıblar. Bunlar Federiko Valverde, Kilian Mbappe, Ferland Mendi, Aurelien Tçouameni və Eduardo Kamavinqa. Ançelottini demək olar ki, yalnız Vinisius Junior dəstəkləyir .
Xatırladaq ki, daha əvvəl Madrid klubunun prezidenti Florentino Peresin Ançelottini əvəzləmək üçün "Bayer"in baş məşqçisi Xabi Alonso ilə danışıqlar apardığı haqda xəbərlər yayılmışdı.
Digər Xəbərlər
30 Dekabr 2025 11:44
Millimizin sabiq futbolçusu komandasının uduzacağına mərc edibmiş
29 Dekabr 2025 12:47
Azərbaycan çempionatında 16 böyükhesablı nəticə qeydə alınıb
29 Dekabr 2025 11:12
Afrika Millətlər Kubokunda növbəti oyunlar keçirildi
27 Dekabr 2025 14:32


Bakı -°C

